Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni saxtakarlığına qarşı mübarizə gücləndirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Erməni saxtakarlığına qarşı mübarizə gücləndirilir

Erməni saxtakarlığına qarşı mübarizə gücləndirilir


Milli Məclisin payız sessiyasında “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər. Bu barədə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, qanun layihəsində bir çox məsələlər öz əksini tapıb: “Kulinariya bir xalqın mədəniyyətidir, mədəniyyət tarixinin tərkib hissəsidir. Kulinariyada yeməklərin adları var, təqdimetmə üsulları və s. məsələlər var. Bəzən bir xalq başqa bir xalqın yeməyini qəbul edir, ancaq adını, çeşidini dəyişir. Yəni ad dəyişilirsə, bu, mədəniyyət məsələsidir. Bir müddət öncə ortaya lavaşla bağlı mübahisə çıxdı. Çoxlu sayda belə məqamlar var ki, burada biz öz mədəniyyətimizi müdafiə etməliyik. Mədəniyyətlə bağlı qanunların bir hissəsinin məzmunu ondan ibarətdir ki, mədəniyyət qorunsun, sənə aid olan mədəniyyətin konturları müəyyənləşdirilsin”.

O da bildirilib ki, qanun layihəsinin qəbulu ermənilərin Azərbaycan mətbəxi nümunələrini mənimsəməsinə qarşı mübarizənin gücləndirilməsinə də öz töhfəsini verəcək: “Ermənilərin Azərbaycan mətbəxi nümunələrini mənimsəməsinə qarşı mübarizə, təbliğat həmişə aparılır, bununla yanaşı, qanun olanda istər-istəməz biz öz mədəniyyətimizi qanunla daha fəal şəkildə müdafiə edə bilirik”.

Geri dön