Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Dağlıq Qarabağdakı “seçkilər”in məsuliyyəti beynəlxalq təşkilatların üzərinə düşür”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > “Dağlıq Qarabağdakı “seçkilər”in məsuliyyəti beynəlxalq təşkilatların üzərinə düşür”

“Dağlıq Qarabağdakı “seçkilər”in məsuliyyəti beynəlxalq təşkilatların üzərinə düşür”


“Ermənilər tərəfindən mütəmadi olaraq təxribatçı addımlar gündəmə gətirilir. Hesab edirəm ki, onların sentyabrın 13-də Azəbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində qondarma “seçkilər” keçirmək planı da növbəti bir təxribatdır”.

Bu barədə millət vəkili Fərəc Quliyev Ermənistanın Dağlıq Qarabağ bölgəsində qondarma “özünüidarəetmə orqanları”na keçirilməsi nəzərdə tutulan “seçkilər”ə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun üzvləri bu məsələyə nöqtə qoymalıdırlar: “Biz Ermənistanla danışıqlar apararaq məsələnin dinc yolla həllinə çalışırıq. Əgər Ermənistan bu məsələyə maraq göstərmirsə və bu cür təxribatı addımlara yol verirsə, bu zaman danışıqların da bir mənası qalmır. Müəyyən mənada danışıqlarla bağlı etinasızlıq yaranır. Əgər ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı məsələlərə müdaxilə edə bilmirsə, o zaman kənara çəkilməlidir. Belə olduğu təqdirdə Azərbaycan Konstitusiyasına və beynəlxalq konvensiyalara uyğun olaraq konkret şəkildə məsələni hərbi yolla həll etməlidir. Əgər onlar məsələ ilə bağlı quru bəyanatlarla çıxış etməyə davam etsələr, heç bir nəticə əldə edə bilməyəcəklər. Əgər danışıqlar yolu ilə münaqişəni həll olunmayacaqsa, ermənilərin oyunlarına hərbi əməliyyatlarla son qoymaq lazımdır”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə deyib ki, Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də qondarma “özünüidarə orqanları”na keçirilməsi nəzərdə tutulan “seçkilər”in məsuliyyəti və günahı beynəlxalq təşkilatların üzərinə düşür. Beynəlxalq təşkilatların seçkiləri tanımamaları ilə bağlı yalançı bəyanatlar verdiyini deyən QAT sədri söyləyib ki, əgər beynəlxalq təşkilatlar obyektiv mövqedə dayanırlarsa və sözün həqiqi mənasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirlərsə, o zaman ermənilərin bu cür hərəkətlərinin qarşısını almalıdırlar: “Beynəlxalq təşkilatlar yalançı bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər. Yalançı məlumatlar isə qondarma rejimin təbliğinə yönəlib. Əgər həqiqətən də bu mövqedədirlərsə, o zaman ermənilərin bu cür hərəkətlərinin qarşısını almağa çalışmalıdırlar. Onlar birmənalı şəkildə öz mövqelərini bildirməli, qondarma seçkilərə görə Ermənistanı cəzalandırmalıdırlar. Təbii ki, Azərbaycan tərəfindən də hərbi əməliyyatlar başlanılmalı və rəsmi İrəvanın qondarma Dağlıq Qarabağ bölgəsindəki bütün oyunbazlıqlarına son qoyulmalıdır. Beynəlxalq təşkilatlar, güclər çox istəyirlər ki, Azərbaycan danışıqlarda iştirak etsin. Ölkəmizin danışıqlarda iştirakı üçün bu cür halların olmaması bir şərt kimi qoyulmalıdır”.

Millət vəkili Musa Qasımlı isə bildirib ki, Qarabağı işğalda saxlayıb, qondarma “seçkilər” və digər tədbirlər keçirən Serj Sarkisyan dilənməklə məşğuldur: “Sarkisyan Rusiyaya səfəri zamanı hiyləgərliklə manevr edərək kredit almaqla Ermənistandakı narazılığı qismən zəiflətmək istəyir. Müstəqil olmayan Ermənistan başçısının Rusiyaya səfərinin görünən tərəfi buraya satılan neft və qazın qiymətinin aşağı salınması və 200 milyon dollar kreditin verilməsi oldu. Ermənistanda elektrik enerjisinin qiymətlərinin artması ilə bağlı yaranan etirazlar, hakimiyyət əleyhinə genişlənən çıxışlar Rusiyanın maraqlarına uyğun deyildi. Bu hadisələr Ermənistanda Qərbin mövqelərini gücləndirə bilərdi. Ermənistan müstəqil deyil, Rusiyanın bir vilayəti səviyyəsində, bəlkə də ondan daha aşağı olduğundan Kreml Sarkisyan rejimini qoruyur. Bunu yaxşı bilən Sarkisyan hiyləgərliklə manevr edərək, səfəri zamanı qiymətləri aşağı salmaqla və kredit almaqla Ermənistandakı narazılığı qismən zəiflədə biləcək. Lakin bu, daimi olmayacaq. Ermənistanda ümumi böhran daha da dərinləşəcək”.

M.Qasımlı bildirib ki, Sarkisyanın bu addımı Ermənistanı daha dərin müstəmləkəçilik girdabına saldı: “Qum üzərində qurulmuş bir dövlət heç bir zaman şimalın müstəmləkəçilik siyasətindən qurtara bilməyəcək və bir dövlət kimi onun gələcəyi olmayacaq. Bu səfər çarizm sənədlərində yazılanları bir daha təsdiq etdi. Erməni ünsürü özünü idarə etmək qabiliyyətində olan şəxsləri yetişdirməyə qadir deyil. Onlar özlərinə xas olan qul psixologiyası ilə daim başqalarının ianələri hesabına yaşamağa öyrəniblər”.

M.Qasımlı Sarkisyanın dilənərək, işğal edilmiş Azərbaycan torpaqlarında “seçki” başqa tədbirlər keçirmək cəhdləri heç bir nəticə vermir və verməyəcək: “Çünki heç kim Qarabağı tanımır və onun Azərbaycan ərazisi olduğunu qəbul edirlər. Hesab edirəm ki, beynəlxalq qurumlar, aparıcı dövlətlər bəyanat verməklə kifayətlənməməli işğalçıya təzyiq göstərməli, onu bu cür təxribatçı addımlardan çəkindirməlidirlər”.

PƏRVANƏ

Geri dön