Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


Azərbaycanlı fəal Mehdi Abbasi azadlığa buraxılıbGüney Azərbaycan Xəbərləri





Naməlum səbəbdən tutuqlanmış azərbaycanlı fəal Mehdi Abbasi (Oktay) bir neçə saat sorğu-suala tutulduqdan sonra azadlığa buraxılıb.4 gün öncə (ikinci gün , seşənbə günü) sərbəst buraxılan azərbaycanlı fəaldan imza da alınıb.Qeyd edək ki, Güney Azərbaycanın Əhər şəhərinin azad universitetində təhsil alan Abbasi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən yaşadığı yerdə tutuqlanıb və naməlum istiqamətə aparılmışdılr.



Azərbaycanlı fəal İbrahim Dəşti həsb olunubGüney Azərbaycan Xəbərləri




Tanınmış azərbaycanlı fəal İbrahim Dəşti yenidən həbs olunub. O, məhkəmə hökmünün qalan hissəsinin icrası üçün həbsxanaya salınıb.
3-cü gün yenbidən həbsxanaya düşən azərbaycanlı fəal bu günə qədər dəfələrcə tutuqlanıb və həbs olunub.
Dəşti GünAz TV-yə müsahibə vermək və islam cümhuriyyətinin məsullarını təhqir etməkdə suçlanıb. Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu il ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən yaxalanıb və 40 gün işgəncələr altında sorğu-suala tutulmuşdur.





Güney Azərbaycan Milli Hərəkat fəalı Yunis Zareyun müvəqqəti azadlığa buraxılıbGüney Azərbaycan Xəbərləri




Azərbaycanlı fəal, öyrənci “Arman” icmasının qurucularından olan Yunis Zareyun bir gün saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxılıb.Zareyun 2012-ci il yanvarın 25-i (1390-cı il bəhmənin 5-i) öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və bir gün sonra keçici azadlığa buraxılıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal çox aktiv soydaşlarımızdan biridir. O milli-mədəni zəmində yazılmış bir çox məqalənin müəllifidir.İran rejimi, Zareyunu 2 il öncə Kərəcin azad universitetində təhsil alarkən, onu universitetdən uzaqlaşdırıb və təhsilinin davamına qadağa qoyub.







Ruzbeh Səadəti və Məhəmməd Əhədi ETTELAAT-a aparılıbGüney Azərbaycan Xəbərləri




Azərbaycanlı fəallar Ruzbeh Səadəti və Məhəmməd Əhədi Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə köçürülüblər.Səadəti və Əhədi 2012-ci il yanvarın 24-ü (1390-cı il bəhmənin 4-ü) Miyana şəhərində ETTELAAT məmurları tərəfindən yaxalanıblar. Onlar artıq Təbrizin ETTELAATına intiqal ediliblər.Qeyd edək ki. Məmurlar hər iki azərbaycanlı fəalı yaxalarkən məhkəmə hökmü təqdim etməyiblər. Onların tutuqlanma səbəbi də hələlik bəlli olmayıb.
Xatırladaq ki, Ruzbeh Səadəti Miyana universitetinin məzunudur. O, hazırda daha bir ixtisas üzrə (iqtisad) Təbriz universitetində təhsil alır. Məhəmməd Əhədi isə Təbriz dövlət universitetində kənd təsərrüfatı (keşavərzi) mühəndisliyi üzrə təhsil alıb və Azərbaycan Tanıtım Ocağının çalışqan üzvlərindən olub.Adını çəkdiyimiz azərbaycanlı fəallar ictimai fəaliyyətlərinə görə bundan öncə də dəfələrlə müxtəlif təzyiqlərə məruz qalıblar.

Güney Azərbaycanlı milli fəal Əli Pakbaz yenidən həbs olunubGüney Azərbaycan Xəbərləri



Bir neçə gün öncə Əhər şəhərində döyülərək yaxalanan azərbaycanlı fəal Əli Pakbaz (Səhənd) yenidən tutulub.Əli Pakbaz kitab mağazasının bağlanması və ilk tutuqlanarkən döyülməsinin səbəbini araşdırmaq üçün Əhər şəhərinin məhkəməsinə müraciət edib.Lakin, məhkəmə Pakbazın şikayətinə baxmaq yerinə, onu ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edib.Hələlik bu barədə geniş məlumat yoxdur. Yeni məlumat olunca oxucularımızın diqqətinə çatdırılacaq.


Suriyada iranlı zəvvarlar qaçırılıbGüney Azərbaycan Xəbərləri




11 iranlı zəvvar avtobusla paytaxt Şama doğru hərəkət edərkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Irina xəbər portalında 27.Yanvar 2012-ci il trixində yayılan məlumata görə, Zəvvarlar naməlum istiqamətə aparılıb və hələlik onların barəsində geniş məlumat yoxdur.Qeyd edək ki, bu, Suriyada iranlıların qaçırılması ilə bağlı ilk hadisə deyil. Ötən il dekabrın (December) 21-də Suriyanın Homs şəhərində 5 iranlı mühəndis qaçırılıb və indiyədək onların taleyindən heç bir məlumat yoxdur.Yeri gəlmişkən, bu gün Suriyadakı vəziyyətlə bağlı BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası qapalı iclas keçirəcək. Məsləhətləşmələrdə prezident Bəşər Əsədin istefasını nəzərdə tutan Ərəb Dövlətləri Liqasının (birliyinin) qətnamə layihəsinin müzakirəsi gözlənilir.


Amerikada iranlı alim həbs edilibGüney Azərbaycan Xəbərləri


Bu xəbəri İranın ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) maraqlarını təmsil edən Pakistan səfirliyi təsdiqləyib.ABŞ-da iranlı alim həbs olunub. O, elmi məqsədlər üçün istifadə olunan avadanlığı (təchizat) qeyri-qanuni yolla ölkədən çıxarmaqda ittiham edilir. Bu barədə İran mətbuatı məlumat yayıb.
İran Texnoloji Universitetində çalışan 54 yaşlı Seyid Müctəba Ətarodi San-Fransiskodakı həbsxanalardan birində saxlanılır.

Xəbəri İranın ABŞ-dakı maraqlarını təmsil edən Pakistan səfirliyi də təsdiqləyib.

Geri dön