Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda nikah sayı azalır, boşanma halları artır!
Şərqi Azərbaycanda nikah sayı azalır, boşanma halları artır! |
İran və Güney Azərbaycanda ictimai problemlər bütün boyutları ilə genişlənir.
Son məlumata görə, Şərqi Azərbaycan vilayətində nikah sayı azalır, boşanma halları isə artır. Bu vəziyyət bölgənin ənənələrinə görə tərsinə olmalıdır. Bu barədə danışan Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin sədr müavini son illərin statistikasına (amar) işarə edib. Leyla Cavidan dövlət orqanlarının “evlilik həftəsi”nin keçirilməsi ilə bağlı təşkil etdikləri koordinasiya iclasında bu həftədə icra olunacaq proqramlarla bağlı raport (quzariş) təqdim edib və bütün orqanları bu həftəni geniş şəkildə qeyd etməyə çağırıb. L.Cavidan Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin fəaliyyətinə işarə edərək bəyan edib ki, “statistik rəqəmlərinə görə, 2003-cü ildən başlayaraq (hicri-şəmsi təqvimi ilə 1382-ci il) Şərqi Azərbaycanda nikah sayılarının azalması və boşanma hallarının artmasına şahid oluruq.” Cavidan əlavə edib ki, “Ölkə üzrə nikah sayılarının azalması ildə 8 faiz və boşanma hallarının artması ildə 5 faizdir. Belə bir vəziyyətdə bütün rəsmi və qeyri-rəsmi orqanlar, ailə bağlarının gücləndirilməsi və cavanların ailə qurması uğrunda öz üzərinə düşən məsuliyyəti yerinə gətirməlidir.” Qeyd edək ki, bəzi mənbələr İranda boşanma hallarının daha çox olduğunu yazır. Ekspertlər isə bu kimi problemləri narkomaniya (mötadlıq) və iqtisadi vəziyyətlə əlaqələndirir. Geri dön |