Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ailəsi Şahrox Zamaninin gözlənilməz ölümünə etiraz edir
Ailəsi Şahrox Zamaninin gözlənilməz ölümünə etiraz edir |
Xəbər verdiyimiz kimi, Təbrizli işçilər fəalı Şahrox Zamani sentyabrın 13-də (şəhrivərin 22-də) Rəcayişəhr zindanında qəflətən dünyasını dəyişib. Bəzi kütləvi informasiya vasitələri məhbusun beyin infarktı keçirdiyini yazıb.
Son məlumata görə, Şahrox Zamaninin ailəsi onun gözlənilməz ölüm faktına etiraz edir və hadisə ilə bağlı şikayət edəcəklərini bildirir. Mərhumun qızı Nina Zamani xəbər agentliklərinə bildirib ki, atasının heç bir ciddi xəstəliyi olmayıb, ona görə də meyitin yarılmasını və bu hadisənin dəqiq səbəbini bilmək istəyirik. Nina Zamani əlavə edib ki, atası son 4 ildə məzuniyyətə buraxılmayıb və ötən 3 ildə onunla görüşə qadağa qoyulub. Bu günə qədər səlahiyyətli məsullar Şahrox Zamaninin ölümü ilə bağlı rəsmi açıqlama yaymayıb, lakin Nina Zamaninin sözlərinə görə, Rəcayişəhr zindanından onlara Ş.Zamaninin beyin infarktı keçirdiyi bildirilib. Başqa bir xəbərə görə, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məsulları mərhum Ş.Zamaninin dəfn mərasiminə qatılmaqla bağlı ciddi xəbərdarlıq edib. ETTELAAT məmurları Təbriz, Tehran və daha bir neçə şəhərdə ictimai-siyasi fəallarla telefon əlaqəsi saxlayıb və onlardan dəfn mərasiminə qatılmamağı istəyib. Fəallar mərasimə qatılacaqları təqdirdə həbs cəzası ilə hədələnib. Xatırladaq ki, mərhum Şahrox Zamani 1390-cı ilin dey ayında (hicri-şəmsi tarixi ilə) həbs olunub. 11 il həbsə məhkum edilən fəal bir müddət Təbrizin mərkəzi zindanında həbs edildikdən sonra Kərəcin Rəcayişəhr zindanına intiqal edilib. Geri dön |