Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > 48 saatda 7 nəfər yol qəzalarının qurbanı oldu – Zəncan caddələrində
48 saatda 7 nəfər yol qəzalarının qurbanı oldu – Zəncan caddələrində |
Güney Azərbaycanda ən çox faciəli yol qəzalarının baş verdiyi bölgələrdən biri də Zəncan vilayətidir. Bu qəzaların əksəriyyəti yolların qeyri-standard vəziyyətdə olması və maşınların köhnə olması ilə əlaqəlidir.
Son məlumata görə, Zəncan caddələrində 48 saat ərzində 7 nəfər yol qəzalarının qurbanı olub. 2-ci gün (seşənbə günü) bu barədə danışan Zəncan Vilayəti Yol Polisinin rəisi hadisələrin təfərrüatı barədə məlumat verib. Polkovnik (sərhəng) Əliəsğər Şirməhəmmədi bildirib ki, “Birinci hadisə bazar günü yerli vaxtla saat 2 radələrində Zəncan –Qəzvin yolunda baş verib. Minik maşını ilə bir yük maşınının toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib. Eyni gündə saat 14 radələrində bir yük maşınının Nissan və Peykan-vanet markalı maşınları ilə toqquşması nəticəsində daha bir faciəli yol qəzasına şahid olduq. Zəncan-Qəzvin caddəsində baş verən qəzada 1 nəfər həlak olub. 1-ci gün isə Zəncan-xürrəmdərə yolunda bir yekləyici (loder) ehtiyatsızlıq nəticəsində aşıb. Bu hadisədə sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib. Həmin gün saat 21 radələrində iki motosiklet bir-biri ilə toqquşub. Zəncan-Mahnişan yolunda baş verən qəzada hər iki motosikletin sürücüsü həlak olub. 2-ci gün də hadisəsiz ötüşməyib. Səhər vaxtı Zəncan-Bicar yolunda bir Traktor yoldan çıxaraq aşıb, bu hadisədə Traktorun sərnişini ölüb.” Xatırladaq ki, ötən cümə günü də Zəncan yollarında baş verən yol qəzaları 6 nəfərin ölümü və 24 nəfərin yaralanması ilə nəticələnmişdir. Geri dön |