Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda bütün kinoteatrlar sıradan çıxıb - 3 kinoteatr istisna olmaqla
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda bütün kinoteatrlar sıradan çıxıb - 3 kinoteatr istisna olmaqla

Qərbi Azərbaycanda bütün kinoteatrlar sıradan çıxıb - 3 kinoteatr istisna olmaqla


Keçən xəbərlərimizdə Güney Azərbaycanda məktəb (mədrəsə) binalarının bərbad vəziyyətdə olduğu ilə bağlı geniş məlumat yaymışıq.
Bu dəfə isə oxşar problemın Qərbi Azərbaycan şəhərlərinin kinoteatrlarında (sinema) yaşandığı bildirilir. Qərbi Azərbaycan vilayətinin mərkəzi şəhəri Urmiyənin 3 kinoteatrı istisna olmaqla vilayət üzrə bütün kinoteatrlar sıradan çıxıb və tətil olunub.

Qərbi Azərbaycan İncəsənət Hövzəsinin rəisi bildirib ki, hazırda Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən 19 kinoteatrdan yalnız 3-ü öz işini davam etdirir.

Əlirza Noruzi bu barədə deyib:

“Hal-hazırda Urmiyədən başqa Qərbi Azərbaycanın bütün şəhərləri kinoteatrdan məhrumdur. Urmiyədə isə yalnız 3 kinoteatr işləyir, onların da binası olduqca köhnədir və lazımi təchizatı olmadığı üçün müxatəblərin ehtiyaclarını ödəmir.”

Rəsmi orqanların kinoteatrların vəziyyətinə laqeyd münasibətini pisləyən Ə.Noruzi vurğulayıb ki, “Təchizatın köhnə olması, nümayiş zallarının (salon) standard olmamsı və yüksək səviyyəli filmlərin yayımlanmaması Qərbi Azərbaycan kinoteatrlarının işlərində geriləməyə səbəb oldu. Hazırda Urmiyədə 3 kinoteatr rəqəmsal yayım formatında xidmət göstərir, lakin bu xidmətin müxatəblərin cəlb etməsində müsbət təsiri hiss olunmur.”

Ə.Noruzi Qərbi Azərbaycan şəhərlərindəki kinoteatrların hamısının köhnə və 50 ildən çox ömrü olduğunu diqqətə çatdıraraq artıq bu kinoteatrların yararsız halda olduqlarını vurğulayıb. Onun söğzlərinə görə, büdcənin həddən artıq az olması kinoteatrlarda hərhansı ciddi bir təmir və dəyişiklik işlərinin aparılmasına imkan vermir.

Geri dön