Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda Təhsil ocaqlarının açılması ərəfəsində Ana Dildə təhsil tələb olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda Təhsil ocaqlarının açılması ərəfəsində Ana Dildə təhsil tələb olunur

Güney Azərbaycanda Təhsil ocaqlarının açılması ərəfəsində Ana Dildə təhsil tələb olunur


Azərbaycanın Güney və Quzeyində təhsil ocaqları yay tətilindən sonra yenidən açılır. Sentyabrın 15-də (şəhrivərin 24-də) Quzey Azərbaycanda bütün təhsil ocaqları yenidən fəaliyyətə başladı, Güney Azərbaycanda isə sentyabrın 23-də (mehrin 1-də) açılış olacaq. Lakin Azərbaycanın quzeyində tələbə və öyrəncilər öz ana dillərində, Güneyində isə, onlar bir başqa dildə yəni fars dilində təhsil almaq məcburiyyətindədir.
Bu vəziyyət uzun illərdir güney azərbaycanlıların kəskin etirazına səbəb olur. Hər il olduğu kimi bu il də “1 mehr” ərəfəsində azərbaycanlılar öz etirazlarını müxtəlif formalarda brüzə verir.

Məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində ana dildə təhsil tələbi ilə divarlar üzərində şüarlar yazılır. Şüarlar arasında “türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil”, “Haray Haray mən türkəm” və s. kimi şüarlara rast gəlinir. Bununla yanaşı oxşar şüarlar əskinas pulların üzərində yazılır və bu şəkildə əhali arasında paylaşılır.

Çoxsaylı Bildiri və vərəqələrin paylanılması da “1 mehr” ərəfəsində həyata keçirilən etiraz tədbirləri arasındadır.

Ana dildə təhsil mövzusu son günlərdə sosial şəbəkələrdə də geniş müzakirə olunur. Keçmiş təcrübələrə görə, təhsil ocaqlarının açılış günü xarici ölkələrdə etiraz aksiyası vəya digər tədbirlərin həyata keçiriləcəyi istisna edilmir.

Geri dön