Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda ötən il 170 ton ərzaq məhsulu məhv edilib
Azərbaycanda ötən il 170 ton ərzaq məhsulu məhv edilib |
Mağaza sahibləri ilə 440 min manata yaxın cərimələnib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2011-ci ildə mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxardaraq məhv edib. Davam.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il inzibati xətaya yol vermiş təsərrüfat subyektləri 1287,8 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 306,8 min manat min manat maliyyə sanksiyası tətbiq olunub. Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb. Qeyd edək ki, növbəti maarifləndirmə tədbiri bu gün Sabirabad rayonunda təşkil edilib. "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda keçirilmiş Konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Sabirabad Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-dən artıq istehlakçı iştirak ediblər. Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev möhkəm təməl üzərində qurulan Azərbaycan iqtisadiyyatının dinamik inkişafının 2011-ci ildə də davam etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını, işsizlik səviyyəsinin azaldığını vurğulayıb. Son zamanlar istehlakçıların maarifləndirilməsi sahəsində aparılan işlər daha da genişləndirilib, sosial reklam çarxlarının televiziya kanallarında yayımlanması təşkil olunub. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif mal və xidmətlər üzrə materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır. Tədbir çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb. Geri dön |