Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xamneyi: Şəhriyar İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xamneyi: Şəhriyar İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir

Xamneyi: Şəhriyar İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir


Təbrizdə Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın adına keçirilən beynəlxalq qurultayın başa çatmasından bir gün sonra, sentyabrın 19-da İranın dini lideri ayətullah Əli Xamneyi “İnstaqram” sosial şəbəkəsində ona məxsus səhifədə bir post paylaşaraq Şəhriyar və onun şeirinə münasibətini bildirib.
Xamneyinin postunda, onun dini lider olmamışdan əvvəl, prezident olduğu vaxtda Təbrizdə böyük Azərbaycan şairinin evində Şəhriyarın hüzuruna getdiyi şəkil də paylaşılıb.

Xamneyi, paylaşdığı postunda Şəriyar və onun türk dilində yazdığı məşhur “Heydərbabaya salam” poemasına münasibət bildirib. Xamneyi yazıb: “Şəhriyar, İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir. Bu da onun “Heydərbabaya salam” şeirinə görədir. “Hedərbabaya salam” misilsiz bir şeirdir. Şəhriyarın bütün poetik xüsusiyyətləri bu şeirdə öz əksini tapıb. Yəni şeirə məxsus zövq, səfa, səlislik və digər müsbət xüsusiyyətlərin hamısı “Heydərbabaya salam” şeirində cəmləşib”.

Geri dön