Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ruhaninin müşaviri: Razılaşmanın icrasının təxirə salınması gündə 100 milyon dollar ölkəyə ziyan vurur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ruhaninin müşaviri: Razılaşmanın icrasının təxirə salınması gündə 100 milyon dollar ölkəyə ziyan vurur

Ruhaninin müşaviri: Razılaşmanın icrasının təxirə salınması gündə 100 milyon dollar ölkəyə ziyan vurur


İran prezidentinin baş müşaviri Əkbər Türkan sentyabrın 21-də jurnalistlərə açıqlamasında Qərblə əldə edilmiş nüvə razılaşmanın təxirə salınması nəticəsində ölkəyə dəyən böyük maddi ziyandan danışıb.
Razılaşmanın İran parlamentinin nəzdində yaradılan özəl komissiyada araşdırılmasına toxunan Əkbər Türkan iranlı deputatların məsələni uzatmasından gileylənib: “Deputatlar bunu bilməlidir ki, Vyana razılaşmasının icrasının təxirə salındığı hər bir gün ölkə 100 milyon dollar ziyan edir. Yəni bu işin təxirə salınması ölkəyə gündə 100 milyon dollara başa gəlir. Bu isə az pul deyil.

Ölkəyə qarşı beynəlxalq sanksiyaların reallığı və onun son illərdə ölkə iqtisadiyyatına göstərdiyi təsir artıq hamıya bəllidir. Elə buna görə də ölkədə hamı səbirsizliklə bu razılaşmanın icra olunmasını gözləyir. Şübhə etmirəm ki, bu razılaşmanın icrası, ölkənin üzləşdiyi iqtisadi problemlərin çoxunu aradan qaldıracaq, bir çox məsələlərin həllinə yardım edəcək.

Hazırda nüvə razılaşmasının ABŞ Konqresindən və oradakı İran müxaliflərinin sədindən keçdiyini nəzərə alaraq, yaxşı olar ki, bizim parlament və razılaşmanı araşdıran özəl komissiya da məsələni tezləşdirərək ölkə iqtisadiyyatına hər gün dəyən 100 milyon dollar ziyanın qarşısını alsınlar”.

Geri dön