Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əmək fəalının ölüm səbəbləri ilə bağlı son sözü məhkəmə həkimi deyəcək – Rəsmi
Əmək fəalının ölüm səbəbləri ilə bağlı son sözü məhkəmə həkimi deyəcək – Rəsmi |
Xəbər verdiyimiz kimi, təbrizli əmək fəalı Şahrox Zamani sentyabrın 13-də (şəhrivərin 22-də) Rəcayişəhr zindanında qəfildən dünyasını dəyişib. 2011-ci ildən bəri 11 illik həbs müddətini çəkərkən qəfildən ölən təbrizli fəalın ölümünün səbəbi ilk açıqlamalarda beyində qansızma olduğu elan edilib. Lakin bir çox fəal və Şahrox Zamaninin ailəsi onun gözlənilməz ölüm faktının səbəblərinin araşdırmasını tələb edir. Bundan öncə Zamani ailəsi hadisə ilə bağlı şikayət edəcəklərini bildirmişdir.
Mərhumun qızı Nina Zamani xəbər agentliklərinə atasının heç bir ciddi xəstəliyinin olmadığını bildirərək meyidin yarılmasını və bu hadisənin dəqiq səbəbini bilmək istədiyini dilə gətirmişdir. Son məlumata görə, İran məhkəmə sisteminin başqan müavini Qulam Hüseyn Mohseni Ejeyi Şahrux Zamaninin ölüm səbəbinin araşdırıldığını söyləyib. Höccətül-İslam Ejeyi mətbuat təmsilçiləri ilə görüşündə tanınmış əmək fəalının ölümü ilə bağlı bir jurnalistin sualını cavablandırıb. İranın sabiq təhlükəsizlik naziri məhbusun ölümünün səbəbləri ilə bağlı son sözün məhkəmə həkimi tərəfindən söylənəcəyini ifadə edib. “Müttəhimlər ya məhkumların toplumun digər fərdlərindən daha çox problemlərlə qarşılaşdıqlarını deyə bilməsək də, ən azı başqaları qədər problem yaşayacaqlarını söyləyə bilərik. Həbsxanada olmayanlar üçün beyində qansızma baş vermirmi? Məhbuslar da onlar kimidir,” deyə İranın sabiq təhlükəsizlik naziri məhbusların ölümünün qeyri-normal olmadığnı önə çəkib. 51 yaşlı əmək fəalının ölüm səbəbinin araşdırılmasını tələb edən qruplar isə, ümumiyyətlə məhbusların ölümü ilə bağlı hakimiyyətin məsuliyyət daşıdığını söyləyirlər. Geri dön |