Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı axund: Cəmiyyətdəki bahalıq və hicabsızlığın əsas səbəbkarı İnternet və mobil telefonlarıdır
İranlı axund: Cəmiyyətdəki bahalıq və hicabsızlığın əsas səbəbkarı İnternet və mobil telefonlarıdır |
İranda Üləma Məclisinin üzvü axund Məhəmməd Tağı Mesbah Yəzdi sentyabrın 22-də qatıldığı bir tədbirdə çıxış edərək cəmiyyətdə islam dəyərlərinin sürətlə çökməsi barədə xəbərdarlıq edib.
Axund Mesabah Yəzdi deyib ki, cəmiyyətdə islam dəyərlərinə zidd halların baş verməsi, müxtəlif mədəni və ictimai problemlərin ortaya çıxması ciddi nigaranlığa gətirib çıxarıb: “Biz elə bir dövrdə yaşayırıq ki, insanlar hər zamandan çox bir sıra yoluxdurucu və təhlükəli ruhi və psixoloji xəstəliklərlə üz-üzə qalıblar. Əgər bu gün hər kəs cəmiyyətimizin indiki durumunu onun islam inqilabının əvvəlki illərindəki vəziyyəti ilə müqayisə etsə, sözsüz ki, hicabla bağlı vəziyyəti və ölkədə baş alıb gedən bahaçılığı görəndə təəccüblənəcək. Bu gün cəmiyyətdə meydana çıxmış bir çox problemlərin, o cümlədən də bahalıq və hicabsızlığın ən böyük səbəbkarı İnternet və mobil telefonlarıdır. Çünki İnternet və mobil telefonlarının son illərdə cəmiyyətə göstərdiyi təsir mənfi olub. Əgər bu vəziyyət son 30 ildəki kimi qabağa getsə, onda görün ölkənin mədəniyyət baxımından durumu 100 ildən sonra necə olacaq? Ölkədə yaşayan və hadisələri yaxından görən hər bir şəxs, cəmiyyətdə problemlərin yavaş-yavaş ortaya çıxdığını və toplumun səssiz-səssiz necə dəyişdiyini hiss və dərk edə bilməz. Lakin uzun illər xaricdə yaşayandan sonra ölkəyə qayıdan hər bir şəxs cəmiyyətimizin indiki ilə keçmişdəki fərqini dərhal görüb dərk edəcək”. Geri dön |