Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizli ədəbiyyatşünas: Beyinləri müstəmləkədən azad etmək... (audio)
Təbrizli ədəbiyyatşünas: Beyinləri müstəmləkədən azad etmək... (audio) |
Davam.az təbrizli ədəbiyyatşünas Hadi Sultan Qurrayinin Amerikanın Səsinə verdiyi müsahibəsini təqdim edir:
Təbrizli ədəbiyyatşünas Hadi Sultan Qurrayi Amerikanın Səsinə müsahibədə İranda farslaşdırma siyasəti ilə bağlı ingilis dilində nəşr etdiyi kitabı haqda danışıb. ABŞ-ın Vaşinqton Universitetində müqayisəli ədəbiyyat professoru Decolonizing Minds: Knowing the Unknown Space Known As Iran - "Beyinləri müstəmləkədən azad etmək: İran adlı bilinməz məkanı tanımaq” adlı kitabında farslaşdırma siyasəti istiqamətində İran mediası və təhsil sistemində təbliğ edilən simvollardan bəhs edir. Dr. Qurrayi müsahibədə İranda xüsusilə Pəhləvi rejimi dönəmində aparılan kimlik siyasətini şərh edib. O, özünün də bu təbliğata məruz qaldığını və həmin illərdə onlara inandığını ifadə edib: “Elə mən özümü misal vururam. Bizlər elə bir fəzada dərs oxuduq ki, həmin vaxt İranı farslaşdırmağa başlamışdılar. Yəni Pəhləvi höküməti ya elə Məşrutə dövründən bu yana bir siyasət götürülüb ki, ölkəni farslaşdırsınlar. Halbuki bu ölkədə çoxlu milliyyətlər var... İranda belə bir statistika olmaz ki, hansı millət neçə nəfərdir. Amma mən özüm bir türk kimi İranın hər yerinə getmişəm orada türk görmüşəm. Türk özü bir əksəriyyətdir.” Sultan Qurrayinin söylədiklərinə görə, İrandakı müstəmləkəçilik elə kimliklərin inkar edilməsi və kənara qoyulması ilə başlayır. “Elə müstəmləkələşmək buradan başlayır. Birinin hürriyyəti və kimliyi danıla, kənara qoyula, ayrı bir qüdrət onu radio ilə TV ilə onun əlindən ala və farslaşdıra, ya yuxarı Azərbaycanda ruslaşdırıla..,” deyə o söyləyir. “Beyinlərin dekolonizasiyası” mövzusunda yazılmış kitabların önəmi haqqında danışan təbrizli alim bu xüsusda Afrikalı alimlərin yazdığı kitabları oxuduqdan sonra özünün də müstəmləkələşməyə məruz qaldığını qavradığını önə çəkir: “Mən indi 40 il bundan əvvəlki adam deyiləm... Afrikalı yazarların bu mövzuda yazdıqlarını oxuduqdan sonra anladım ki, mən müstəmləkələşməyə məruz qalmışam, heç xəbərim yoxuymuş özümdən.” Cənab Sultan Qurrayi təsir aldığı kitablardan məşhur Keniyalı yazar Ngugi wa Thiong'o-nun “Beyni müstəmlədən azad etmək: Afrika ədəbiyyatında dil siyasəti” adlı əsərinin adını çəkir. Müstəmləkəçi qüvvələrin dillər üzərində yürütdüyü siyasəti dəyərləndirən güneyli alim deyir ki, “müstəmləkəçilər Afrikanı müstəmləkələşdirmək üçün öncə öz dillərini yerləşdirib sonra beyinləri də o əsasda dəyişdirirdilər... İndi də gəlirlər bizə deyirlər ki, sən bilmirsən, sənin dilin fars dilidir. Ya türk dilini müxtəlif qollara ayırırlar, parçala və hökümət elə məsəli kimi...” Cənab Sultan Qurrayi kitabında bir yandan İranın başqa qüvvələr tərəfindən müstəmləkələşməyə məruz qalması, digər yandan isə qeyri-fars toplumlara qarşı yürütdüyü müstəmləkəçilik siyasətini izah etdiyini bildirir. Müqayisəli ədəbiyyat müəllimi Amerikada nəşr etdiyi kitabında İranda təbliğ edilən ədəbiyyat tarixi və tarix anlayışında farslaşdırma siyasətinin yürüdülməsi istiqamətindən istifadə edilən simvolları dəyərləndirib. Kitabın müxtəlif bölümlərində Ariya mifi, İran millətçiliyin simvollarından olan şair Firdovsi və Kir silindri kimi mövzuların ölkədə aparılan kimlik siyasətində necə istifadə olunduğu ətraflı şəkildə şərh edilib. Amerikada universitet professoru kimi çalışan ədəbiyyatşünas həmçinin İran toplumunda fars dilinin digər dillərdən daha gözəl və daha “şirin” bir dil olaraq təqdim edilməsinə işarə edib. Kitabda, o həmçinin İranda qeyri-fars millətlər haqqında mövcud olan məlumatsızlığa işarə edərək İran toplumunun digər mədəniyyətlərdən xəbərsiz və məlumatsız saxlanıldığını önə çəkib. Müsahibənin audiosunu aşağıdakı linkdən dinləyə bilərsiniz: TIKLAYIN Geri dön |