Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə ana dilində təhsilə qoyulan qadağaya qarşı etiraz aksiyası keçirilib
Təbrizdə ana dilində təhsilə qoyulan qadağaya qarşı etiraz aksiyası keçirilib |
Xəbər verdiyimiz kimi, dünən İran və Güney Azərbaycanda təhsil ocaqlarının açılışı günü idi.
Hər il olduğu kimi bu il də “1 Mehr” təhsil ocaqlarının açılışı günü, İranda Ana Dildə təhsilə qoyulan qadağa siyasəti bir sıra etirazlarla qarşılandı. Son məlumata görə, Təbrizdə bir qrup gənc şəhərin mərkəzində bir araya gələrək türk dilində təhsilə qoyulan qadağanın davam etdirilməsini kəskin şəkildə qınayıb və dövlətin bu siyasətinə etiraz ediblər. Etirazçılar türk dilində təhsil tələbi ilə bir çox şüarlar səsləndirib və üzərində “Hanı bizim Ana Dilimiz?!” şüarı yazılmış plakat qaldırıblar. Bir sıra etirazçılar isə bəzi məktəb (mədrəsə) binaları o cümlədən “Nikan dövlət məktəbi” binasının qarşısında aksiya keçirib. Onlar üzərində “Mənim dilim hanı?!”, “Oxul açılır hanı məmnim dilim?!” şüarları yazılmış plakatlar qaldıraraq dövlətin bu zəmindəki ayrı-seçkilik siyasətini kəskin qınayıblar. Qeyd edək ki, “1 Mehr” ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində Ana Dildə təhsil tələbi mövzusunda çoxsaylı Bildiri yayılıb və əksər şəhərlərdə divarlar üzərinə şüarlar yazılıb. Geri dön |