Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Asim Vəliyev: “Din pərdəsi adı altında aparılan siyasət bu gün məhvə məhkumdur”-
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Asim Vəliyev: “Din pərdəsi adı altında aparılan siyasət bu gün məhvə məhkumdur”-

Asim Vəliyev: “Din pərdəsi adı altında aparılan siyasət bu gün məhvə məhkumdur”-


Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyevin müsahibəsini təqdim edirik.
- Asim bəy, necə düşünürsünüz, Güney Azərbaycan Milli Hərəkatın inkişafı səviyyəsi prosesləri (sürəc) uğurla yekunlaşdırmağa təsir edəcəkmi?
- Bildiyiniz kimi Güney Azərbaycan Milli Hərəkatı, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən vətəninin taleyini düşünən, bu yolda mübarizə aparan soydaşlarımızın müqəddəs davasıdır, mübarizəsidir. Bu hərəkatın son dönəmlərdə fəallığının artması uzun zamandan bəri arzuladığımız bir haldır. Biz gənc olsaq da bu yolda həyatını, illərini sərf edən insanlar var. İndi İranda proseslər elə bir səviyyəyə çatıb ki, biz xüsusilə insan hüquqlarının qorunması məsələsinə diqqət yetirməliyik. Hökümət öz mövqelərini qorumaq üçün insan hüquqlarını pozmaqla cəmiyyəti qorxu və xof şəraitində saxlanılması siyasətini yürüdür. Bütün bunları qorxularından edirlər.
Mətbuatdan da izləyirik ki, İranda dinin ali məramlarını dövlət siyasəti kimi təbliğ edən rejim gənclər arasında narkomaniyanın (etiyad) yayılmasında xüsusi siyasət aparır. Yalnız neft və qaz, digər təbii sərvətlərin hesabına ölkəni yaşatmağa ümid edən rejim əslində əhalinin intellektual səviyyəsinin aşağı salınması üçün bu addımı atır. Ölkəni şəriət qanunları ilə idarə edən bir ölkədə narkotik maddələr açıq şəkildə satılır. Din pərdəsi adı altında aparılan siyasət bu gün məhvə məhkumdur. Milli Hərəkat artıq kütləvi xarakter (mahiyyət) daşımaqdadır. Din pərdəsi adı altında aldadılan milyonlarla insanlar artıq bu nağıllara inanmırlar. Bu gün problemin tək çıxış yolu Güney Azərbaycanda Milli Hərəkatın vüsətini daha üstün səviyyəyə qaldırmaqdır. Buna həm daxildə, həm də beynəlxalq səviyyədə inamı gücləndirmək lazımdır. İnsanları həbs etsələr də, öldürsələr də, edam etsələr də bu proses dayanmayıb və dayanmayacaq da. Artıq bu hərəkat ziyalılaşmış bir durumdadır. Çünki milli hədəflərə gedən yolun nədən ibarət olduğunu bütün insanlar şüurlu şəkildə dərk edirlər. Onların istəkləri, tələbləri yalnız milli dildə təhsil almaq, mədəniyyət mərkəzlərini açmaq deyil, Güney Azərbaycanın sosial, iqtisadi həyat şəraitinə sahibi olmaq, sənayeləşməni, dünyaya inteqrasiyanı (qaynayıb-qarışmaq, idğam) inkişaf etdirmək kimi hədəflərə inam artmaqdadır.
Bilirsiniz yüz ildən çoxdur ki, Güney Azərbaycanda milli maariflənmə olmayıb, milli dil və düşüncədə yaşamağın özü belə qadağan edilib. Hətta Güney Azərbaycanda iqtisadiyyatın, sosial həyat tərzinin inkişaf etdirilməsinə qarşı daim gizli planlar həyata keçirilib. Demokratiyanın, azad düşüncənin inkişaf etdirilməsi insanlarda çox böyük ümidlər yaradıb. Güney Azərbaycanda başlanan bu proses İrandakı digər xalqlara da çox ciddi təsir göstərib. Bu gün “GünAz TV” kimi çox möhtəşəm televiziya kanalının, bir sıra internet radioların fəaliyyət göstərməsi, Güney Azərbaycanın bütün şəhərlərində milli dildə jurnallar nəşr olunması, bu jurnalların ətrafında savadlı milli ziyalılar və gənclərin birləşməsi, prosesin xaricdəki təşkilatlar tərəfindən də inkişaf etdirilməsi, bir zamanlar ümümiran anlayışına xidmət etmiş partiyaların nümayəndələrinin, iş adamlarının da Milli Hərəkata qoşulması Güney Azərbaycan Milli Hərəkatının uğurlarının göstəricisidir. Mən inanıram ki, artan xətlə davam edən inkişaf səviyyəsi prosesləri uğurla yekunlaşdırmağa (sona çatdırmağa) təsir edəcəkdir.

- Bu məsələdə gənclərin rolunu necə görürsünüz?

- Məni sevindirən əsas amil oldur ki, indi İranın hər yerində bu yanlış siyasətə qarşı gənclər daha fəal iştirak edirlər.
Xaricdə yaşayan əksər gənclər İrandakı zülmün nə demək olduğunu yaxşı anladıqlarına görə onlar bu gün çox fəaldırlar. Milli məsələdə dərəbəylik ola bilməz. Milli məsələ müqəddəs yoldur. Onlar əsil missiyanı (görəvi) Güney Azərbaycanda mübarizə aparanların fikir və məqsədlərini bütün dünyaya çatdırmaqda görürlər. Buraya 30-35 milyonluq millətin milli hüquqlarının tanınması, milli dildə təhsil almaq, mədəni hüquqlarına sahib olmaq kimi məsələlər daxildir.

- Son günlər İranın Azərbaycana təzyiqlər artdığı ortadadır. İran bununla nəyə nail olmaq istəyir?
- İranın Azərbaycana, o cümlədən Güney Azərbaycan türklərinə yönəlik davamlı təzyiqləri yalnız son hadisələrlə, Xəzər dənizini “Mazandaran gölü” adlandırması ilə, gah Azərbaycanı dövlət kimi tanımaması, bu, İran ərazisidir deməsiylə, bayrağımızın tərsinə asılması ilə, hicab məsələsi, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına təhqiramiz fikirlər söyləyib və rəsmi Bakını üsyanla hədələməsi ilə, Urmiya gölü ətrafında yaşananlarla, İran-Azərbaycan sərhədindəki son hərbi təlimlərlə bitmir. Deməli, İran özünü dost kimi aparmır. Bu ölkənin adının İran İslam Respublikası (Cümhuriyyəti) olduğuna baxmayaraq, din qardaşları, qonşusu olan Azərbaycanın torpaqlarının 20 faizini işğal edən, 1 milyondan artıq dindaşını öz dədə-baba yurdundan qaçqın-köçkün salan işğalçı “qondarma Ermənistan dövləti” ilə yaxın münasibətlər qurur, ona hər cür yardımlar edir.
Bu gün İranın Azərbaycana təzyiqlərinin bir çox səbəbləri var. Onu da qeyd edə bilərəm ki, Azərbaycan müstəqillik əldə etdikdən bu yana İranın ölkəmizə qarşı mövqeyi bəllidir. Əvvəla, İranda 30-35 milyondan artıq soydaşımız, Azərbaycan türkü yaşayır və dədə-babadan İranın hakimiyyət orqanlarında ən yüksək vəzifələrdə azərbaycanlılar təmsil olunublar. Baxmayaraq ki, İranda mütəmadi olaraq azərbaycanlılara qarşı təhdidlər, təzyiqlər olub, var, soydaşlarımızın ana dilində təhsil almaq üçün məktəbləri yoxdur, lakin orada yaşayan azərbaycanlılar köklü, əsilli-nəsilli, tanınmış və İran dövlətinin tarixində xüsusi rol oynamış insanlardır. Səfəvilərdən başlamış son dövrlərə kimi bu ərazilərdə qüdrətli Azərbaycan dövləti olub və bu Azərbaycan dövlətinin də kökləri, ənənəsi davam etməkdədir. Əlbəttə bu da İranı narahat etməyə bilməz. Digər bir narahatçılıq isə ondan ibarətdir ki, Azərbaycandan həmin ölkəyə qarşı hərbi dəhliz, baza kimi istifadə olunması ehtimalıdır. Lakin bunun da heç bir əsası yoxdur. Dəfələrlə Azərbaycan tərəfindən rəsmi səviyyədə bildirilib ki, öz ərazisindən qonşu ölkələrə qarşı istifadəyə imkan verməyəcək. Eyni zamanda İranda 30 milyondan artıq soydaşımız yaşayır və bu nöqteyi-nəzərdən də oraya hər hansı bir hərbi müdaxilə olması düşünülə bilməz.
Söhbətləşdi: Elnur Eltürk

Geri dön