Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
Traxtur- Istiqlal futbol yarışında fransa əleyhinə şuarlar seslendirilib
Təbrizin səhənd stadiomunda (stadyom) “Traxtur” futbol taxımı (tim) ilə Tehranın İstiqlal taxımı arasında keçirilən müsabiqədən yeni videolar, Franasa senatının qərarına etiraz olarak şuarlar verilib və Farnsa və Ermənistan cumhurbaşqanlarının şəkilərı yandırılıb. Video görüntüləri aşağıdakı linkdən izləyə bilərsiniz: http://www.youtube.com/watch?v=Y9NlXhnAw78&feature=youtu.be Yukiya Amano: «Əlimizdə İranın nüvə başlıqları üçün detallar istehsal etməsi ilə bağlı məlumatlar mövcuddur» Yukiya Amano"Əlimizdə İranın nüvə başlıqları üçün detallar istehsal etməsi ilə bağlı məlumatlar mövcuddur" Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Yukiya Amano bildirib. Onun sözlərinə görə, İrandan bununla bağlı açıqlama verməsi tələb edilib: «Ancaq hazırda İranın nüvə silahı əldə etmək niyyətində olduğunu qəti olaraq söyləmək üçün hələ çox tezdir. Ona görə də İranın mübahisəli nüvə proqramı müzakirə yolu ilə həll olunmalıdır».Y.Amano İranın «altılıq» ölkələri ilə danışıqlara yenidən başlamağa hazırlaşmasına baxmayaraq, rəsmi Tehrandan BMT Təhlükəsizlik Şurasının qərarlarını təqib etməsini istəyib: «İran nüvə proqramının dinc məqsədli olduğunu isbat etməlidir». ABŞ İrandakı yeraltı istehkamların dağıdılması üçün yeni bomba hazırlamağa başlayıb ABŞ İrandakı yeraltı istehkamların dağıdılması üçün yeni bomba hazırlamağa başlayıb. ABŞ silahlı qüvvələri sərəncamında olan qeyri-nüvə bombasının dağıdıcı qüvvəsinin daha da gücləndirilməsi üçün yeni fəaliyyətə başlayıb. «The Wall Street Journal»a istinadən verdiyi məlumata görə, Pentaqon rəhbərliyi bu qənaətə gəlib ki, qeyri-nüvə bombaları İran ərazisində yeraltı istehkam qurğularının dağıdılması üçün çox zəifdir. Sınaqlar zamanı məlum olub ki, bu tapşırığın öhdəsindən hətta yeraltı istehkam əleyhinə olan 13,6 tonluq GBU-57 bombaları da gələ bilmir.Qeyd edək ki, bu bombalar İranda və Koreya Xalq Demokratik Respublikasında nüvə fəaliyyətinin gizlin saxlanılması məqsədilə inşa olunmuş yeraltı tikililərin məhv edilməsi üçün hazırlanıb. Sınaqlar zamanı məlum olub ki, İranda bəzi istehkam qurğuları həm çox dərində yerləşir, həm də əlavə müdafiə vasitələri ilə təmin olunub. Traxtur-İstiqlal” müsabiqəsinin nəticəsi və ayrıntılarını burdan oxuyun... Təbrizin səhənd stadionunda “Traxtur” futbol takımı ilə Tehranın İstiqlal komandası arasında keçirilən müsabiqə sona çatdı. İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 23-cü həftəsində keçirilən müsabiqənin 1-ci hissəsində, “İstiqlal” takımı tərəfindən 1 qol vuruldu. Qolu Muctaba Cabbari Penalti nöqtəsindən 43-cü dəqiqədə vurdu. Qeyd edək ki, bu qolun vurulmasına keçmişdəkilər kimi hakimin qərəzli mövqeyi səbəb olub. Hətta hakimlər ekspertləri (karşünas) dərhal hakim Möhsün Torkiyə reaksiya (əksüləməl) veriblər. Xudadad Əfşariyan “Mehr” xəbər agentliyinin müxbirinə bildiriblər ki, ““Traxtur” oyunçusu Ehsan Hacı Səfi heç bir xəta etməyib. Əgər 41-ci dəqiqənin səhnəsi bir daha asta şəkildə göstərilsə, bunu hər kəs görər. Ona gorədə, hakimin həm penalti və həm “Traxtur” oyunçusunu oyundan çıxarmaq qərarı yalnış qərardır.” Məlumata görə, İkinci hissənin 60-cı dəqiqəsində “Traxtur”un xeyirinə Penalti baş versə də, hakim bunu qəbul etməyib. Hakimin ikinci dəfə yol verdiyi qərzli qərar “Traxtur” tərəfdarlarını olduqca narahat edib. Onlar müxtəlif şüarlarla öz etirazlarını bildirib və stadionu lərzəyə gətiriblər.Müsabiqənin ikinci hissəsinin son dəqiqələrində “İstiqlal” takımının oyunçusu Muctaba Cabbari yenədə Penalti nöqtsindən ikinci qolu vurub. Bununlada “Traxtur-İstiqlal” yarışı (2 – 0) hesabı ilə “İstiqlal”ın xeyirinə yekunlaşıb, əgər belə adlandırmaq mümkünsə... . Qeyd edək ki, “Taxtur”la “İstiqlal” müsabiqəsi adətən prinsipial xarakter (mahiyyət) daşıyır və bu dəfə də cədvəlin birinci və ikinci takımları arasında keçirilən müsabiqə xüsusi əhəmiyyət daşıyırdı. Sırf yarışın önəminə görə, havanın qarlı və soyuq olmasına baxmayaraq “Traxtur” tərəfdarları saatlar öncədə işlərindən ayrılıb və stadion ətrafına toplaşıblar. Məlumata görə, Təbriz şəhəri bu gün adi günlərdən fərqlənibdir. İş yerləri, mağazalar tez bağlanıb və şəhər ətrafında bulunan avtomobillərin sayı azalıb. Müsabiqəyə bir gün qalan, polis və bəsic qüvvələrindən ibarət (hökumət tərəfdarları-yarımsilahlı dəstələr) yoxlama məntəqələri yaradılıb. Onlar Təbriz, Urmu, Xoy, Salmas, Mərənd, Marağa və ... kimi şəhərlərdə geniş yoxlamalara başlayıblar. Şahidlərin sözlərinə görə bu yoxlamalar keçən aylardakı Urmu Gölü Etiraz Yığıncaqları zamanı həyata keçirilən tədbirləri xatırladırmış. Güney Azərbaycan saytlarınımn yaydığı məlumata görə, İslam İnqilab Keşikçilər Korpusunun (SEPAH) qüvvələri də dünəndən hazır vəziyyətə gətirilib. Onlar Azərbaycanın böyük şəhərləri və xüsusi ilə Təbrizin səhənd stadionu ətrafında gizli yerlərdə durub və ehtimal olunan etirazları yatırmaq üçün tədbir görüblər. Geri dön |