Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə Traxtur-Perspolis müsabiqəsində qarşıdurma yaşanıb (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə Traxtur-Perspolis müsabiqəsində qarşıdurma yaşanıb (video)

Təbrizdə Traxtur-Perspolis müsabiqəsində qarşıdurma yaşanıb (video)


Sentyabrın 25-də (mehrin 3-də) Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Perspolis” takımı arasında müsabiqə keçirilib.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 7-ci həftəsində keçirilən müsabiqə, hakimin (davər) “Traxtur”a qarşı verdiyi ənənəvi qərarlar nəticəsində (1 – 0) hesabı ilə “Perspolis”in xeyirinə yekunlaşıb.

“Traxtur-Pespolis” müsabiqəsi bir çox önəmli hadisə ilə yadda qalıb. Azərbaycan komandasının tərəfdarları keçmiş illərdən hakim Möhsün Torkini “Traxtur”a qarşı ədalətsiz qərarları ilə xatırladıqları üçün, hakim meydançaya gəlincə ona qarşı etiraza başlayıblar. Tərəfdarlar oyuna M.Torkinin hakimlik etməsi ilə razılaşmadıqlarını bildiriblər. Hakim isə “Traxtur”a qarşı ənənəvi qərarlarını oyun boyu davam etdirib. Hakimə davamlı etirazlarını bildirən tərəfdarlar oyunun 25-ci dəqiqəsindən meydançaya tərəf yaxınlaşıb və hakimə qarşı daha şiddətli şüarlar səsləndiriblər.

Bu arada “Traxtur” tərəfdarları “Perspolis” tərəfdarları tərəfində üzərinə “Urmiyənin sevimlisi Perspolis” yazılmış plakatın qaldırılmasına şiddətlə etiraz ediblər. Həmin plakat bir neçə dəqiqə sonra “Traxtur” tərəfdarlarının kəskin etirazı nəticəsində endirilib. Məlumata görə, “Perspolis”in bütün tərəfdarları idmana (vərziş) aid olmayan məqsədlərə görə stadiona gələn kürdlərdən ibarət olub. Məhz bu cəhətdən azərbaycanlı futbol tamaşaçıları “Terroristə ölüm”, “Azərbaycan yatmayıb – Kürdə torpaq satmayıb” və s. kimi şüarlar səsləndiriblər. Həmin vaxt “Traxtur” tərəfdarları tərəfində oturan “Perspolis”in kürd tərəfdarları azərbaycanlı tamaşaçılar tərəfindən stadiondan çölə çıxarılıb.

Oyun bitdikdən sonra “Traxtur” tərəfdarları stadionun çıxışında toplaşıb və hakimə etiraz etdikləri zaman təhlükəsizlik qüvvələrinin hücum və müdaxiləsi ilə üzləşiblər. Onlar bir neçə dəqiqəlik qarşıdurmadan sonra stadiondan uzaqlaşdırılıb. Bundan sonra soydaşlarımız şüarlar səsləndirərək Təbrizin Abrəsan dördyoluna tərəf hərəkət ediblər. Təhlükəsizlik qüvvələri təcili olaraq “Traxtur” tərəfdarlarının toplaşdığı yerə gəlib və qısa müddət sonra yığıncaq sona çatıb.


Geri dön