Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsa Kəlantəri: Araz çayı və Xəzər dənizindən Urmu gölünə su intiqal etmək kimi bir planımız yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İsa Kəlantəri: Araz çayı və Xəzər dənizindən Urmu gölünə su intiqal etmək kimi bir planımız yoxdur

İsa Kəlantəri: Araz çayı və Xəzər dənizindən Urmu gölünə su intiqal etmək kimi bir planımız yoxdur


Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi gölün nicatı ilə bağlı yenidən məyusedici açıqlama verib. İsa Kəlantəri bildirib ki, Araz çayı və Xəzər dənizindən Urmu gölünə su intiqal etmək kimi bir planımız yoxdur.
İ.Kəlantəri bu barədə sentyabrın 26-da (mehrin 4-də) Təbrizdə danışıb:

“Bu il dövlətin büdcə imkanları gərgin vəziyyətdədir. Buna baxmayaraq təklif olunan 1950 milyard tümənlik büdcə layihəsi təsdiq olundu. Bunun 680 milyardı sərhədyanı sular, 300 milyardı icra orqanları və 1070 milyardı Gözlənilməz Hadisələr Mərkəzi tərəfindən təmin olunacaq.”

Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi gölün böhranı ilə bağlı önəmli bir etiraf da edib. O bildirib ki, “tikilən bəndlər suların Urmu gölünə axmasının qarşısını alıb və suyun çox hissəsi əkinçilik üçün bəndlərin arxasında zəxirə olunub.”

İ.Kəlantəri sözlərinin davamında gölün nicatı ilə bağlı danışılan planlara da toxunub: “Xəzər dənizindən Urmu gölünə su intiqalı layihəsini təxniki baxımdan məsləhət görmürəm. Eləcə də Araz çayından su intiqal etmək olduqca baha başa gələr. Biz başqa hövzələrdən 100 milyon kub metr (metr-i mükəəb) həcmində suyu, daha az vəsaitlə əldə edə bilərik.”

Bildirək ki, Urmu gölünün nicatı üçün sonda “hansı layihə həyata keçiriləcək” sualının cavabı kimsəyə aydın deyil. Bu barədə son qərara gəlməyən rejim bir gün Gürcüstan, sonra isə Ermənistan, Türkiyənin Van gölü, Araz çayı, Xəzər dənizi və s. kimi mənbələrdən su əldə edilib və intiqal ediləcəyi ilə bağlı müxtəlif layihələrdən bəhs edir. Bəzi halda bir məsul şəxsin açıqlaması digərinin fikiri ilə ziddiyyət təşkil edir. Bütün bunlar rejimin Urmu gölünün quruması üçün vaxt uzatmağa yönəlik apardığı siyasətə dəlalət edir.

Geri dön