Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sarabda divarlar üzərində Ana Dildə təhsilə qoyulan qadağaya qarşı etiraz şüarları yazılıb (foto)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sarabda divarlar üzərində Ana Dildə təhsilə qoyulan qadağaya qarşı etiraz şüarları yazılıb (foto)

Sarabda divarlar üzərində Ana Dildə təhsilə qoyulan qadağaya qarşı etiraz şüarları yazılıb (foto)


İran və Güney Azərbaycanda təhsil ocaqlarının açılışı günündən bir neçə gün keçsə də, Ana Dildə təhsilə qoyulan qadağaya qarşı etirazlar davam edir.
Təbriz, Urmiyə, Sulduz, Miyana, Zəncan, Qərəzyaləddin, Məlikan və s. kimi şəhərlərdən sonra Sarab şəhərində də divarla üzərinə çoxlu şüarlar yazılıb.

Təhsil ocaqlarının açılışından 5 gün sonra Sarabda çoxlu şüarlara rast gəlinir. Aşağıdakı Fotolarda göründüyü kimi, məktəb (mədrəsə) binaları və qapılarının üzərində “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil”, “Ana Dildə mədrəsə”, “ana dili gözəldir, lakin mən bu gözəllikdən məhrumam”, “Azərbaycan mədrəsələrində hər zaman ana dili qayibdir” və s. kimi şüarlar geniş şəkildə yazılıb.

Bildirək ki, İranda təhsil sistemi ölkənin rəsmi dili olan fars dilindədir. Bununla yanaşı ermənilər də öz dillərində təhsil ala bilir. Son zamanlar isə kürd məktəblilər və öyrənciləri üçün ana dilləri tədris olunur, lakin türk dilinə qoyulan qadağa da heç bir dəyişiklik yoxdur. Bu vəziyyət uzun illərdir Güney Azərbaycanda ciddi etirazla qarşılanır.

Geri dön