Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > MƏRKƏZİ ELMİ KİTABXANA TÜRKMƏNİSTANDA KEÇİRİLƏN X BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASINDA TƏMSİL OLUNUB
MƏRKƏZİ ELMİ KİTABXANA TÜRKMƏNİSTANDA KEÇİRİLƏN X BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASINDA TƏMSİL OLUNUB |
Mərkəzi Elmi Kitabxananın (MEK) bir qrup əməkdaşı Türkmənistanın Aşqabad şəhərində keçirilən X Beynəlxalq kitab sərgi-yarmarkasında və “Kitab tərəqqi və əməkdaşlıq yoludur” adlı beynəlxalq elmi konfransda iştirak edib.
Sərgi-yarmarkada kitabxanaya aid pavilyonda Azərbaycan elmi, tarixi, ədəbiyyatı və mədəniyyətinə dair zəngin informasiyaları əks etdirən azərbaycan, rus və ingilis dillərində, yüksək poliqrafik keyfiyyətdə 70-ə yaxın kitab və çap məhsulu, həmçinin videotəqdimat nümayiş etdirilib. Kitabxananın hazırladığı sərgi stendi və kitabların elektron təqdimatı tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Sərgidən sonra MEK tərəfindən nümayiş etdirilən kitablar Türkmənistanın dövlət kitabxanalarına hədiyyə edilib. Sərgi-yarmarkada ölkəmizi Mərkəzi Elmi Kitabxana ilə yanaşı "Hədəf","XAN" və “Şərq-Qərb” nəşriyyatları da təmsil edib. Kitabxananın bu nəşriyyatlara məxsus təqdim etdiyi çap məhsulları sərginin ən yaxşı dərslik, çap, rəssam və tərtibat işi nominasiyalarına layiq görülüb. Həmçinin Mərkəzi Elmi Kitabxana sərgi-yarmarkada və konfransda iştirakına görə diplomla təltif olunub. Sərgi günlərində Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovun təşəbbüsü ilə Dövlət Nəşriyyat Xidməti tərəfindən “Kitab tərəqqi və əməkdaşlıq yoludur” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda ölkə rəsmiləri, səfirlik nümayəndələri o cümlədən MDB ölkələrini təmsil edən alim və mürəxəssislər iştirak edib. Tədbirdə müxtəlif istiqamətlər üzrə elmi məruzələr dinlənilib. Həmçinin MEK-in əməkdaşı Şərafət İsmayılova müasir informasiya cəmiyyətində kitabxanaların rolu, informasiya cəmiyyətində analitik təhlil və məlumatların çeşidlənməsi, informasiya resurslarının axtarış sistemləri və müasir texnologiyaların tətbiqi ilə bağlı kitabxanaçıların qarşısında duran yeni vəzifələr, kitabxanalar arası inteqrasiya və onun əhəmiyyəti mövzusunda məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Səfər çərçivəsində MEK-in əməkdaşları Türkmənistan Milli Kitabxanası və Tükmənistanın Mərkəzi Elmi Kitabxanasında bir sıra mühüm görüşlər də keçirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Geri dön |