Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müdafiə Nazirliyi başsağlığı verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Müdafiə Nazirliyi başsağlığı verdi

Müdafiə Nazirliyi başsağlığı verdi


Müdafiə Nazirliyi general-leytenant Ziya Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun illər təhlükəsizlik sahəsində böyük xidmətləri olmuş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadənin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə sentyabrın 29-da 86 yaşında vəfat edib.

Qeyd edək ki, general-leytenant Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirib. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb. 18 iyun 1980 - 11 avqust 1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışıb. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.

1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.

Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, 1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.

Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olub.

Sörd xarici dil bilən Z.Yusifzadə SSRİ Dövlət təhlükəsizlik orqanlarının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı olub.

O, 29 sentyabr 2015-ci ildə, 86 yaşında Bakı şəhərində vəfat edib. Bu gün isə MTN-nin Mədəniyyət Mərkəzində vida mərasimi keçirildikdən sonra, mərhum II Fəxri xiyabanda dəfn olunub. Mərhumun yas mərasimi Təzəpir məscidində keçirilib.

Geri dön