Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan regional və qlobal oyunda İrəvanı pis vəziyyətə salıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Azərbaycan regional və qlobal oyunda İrəvanı pis vəziyyətə salıb

Azərbaycan regional və qlobal oyunda İrəvanı pis vəziyyətə salıb


“Sarkisyan və onun işğalçı hakimiyyəti cəbhədə sarsıdıcı məğlubiyyətə düçar olduğundan belə sərsəm bəyanatlar vermək məcburiyyətində qalıb. Bu da daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır”.
Bunu Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirən Demokratik Azər baycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva deyib.
Onun sözlərinə görə, Sarkisyanın hakimiyyətinin dayaqları sarsıyıb: “Ermənistan cəbhədə sarsıdıcı məğlubiyyətə düçar olub, başını itirdiyindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində pozitiv addımlar atılmaqdadır. Bunlar Sarkisyanın xeyrinə deyil. Onun səsləndirdiyi fikir isə populist fikirdir. Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğu barədə verdiyi bəyanatı daxili auditoriya üçün nəzərdə tutulub və ölkədə pisləşən sosial-iqtisadi vəziyyətdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi daşıyır. Hər dəfə cəbhədə onlarla erməni əsgərini itirən Ermənistan hakimiyyəti belə bəyanatlar verməklə bir növ özünü sığortalamaq niyyətində olub. Amma Sarkisyanın belə bəyanatlarının heç bir əsası olmadığından işğalçı ölkə hələ də çalxalanmaqdadır”.
DADP sədri onu da qeyd edib ki, bu vaxta qədər Ermənistan yalnız öz mövqelərini itirməklə məşğul olub. Azərbaycan regional və qlobal oyunda İrəvanı pis vəziyyədə salıb. Azərbaycan Ermənistanı küncə sıxışdırıb. Hazırda İrəvan manevr etmək imkanlarını itirdiyi və tamamilə durğunluq vəziyyətində olduğundan, əvvəllər işlənilən resurslardan istifadə etməyə çalışır: “Bu isə heç vaxt Sarkisyanı istədiyi məqsədə çatdırmayıb və hər dəfə də ifşa olunub”.

Geri dön