Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşınmaz əmlak və torpaqların qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Daşınmaz əmlak və torpaqların qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanıldı

Daşınmaz əmlak və torpaqların qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanıldı


Daşınmaz əmlakların və torpaqların qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, fəaliyyət istiqamətləri üzrə sosial amillərin, vətəndaş məmnunluğunun, habelə xidmətlərdə əlçatanlığın daha da artırılması məqsədilə daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı, daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki sənədlərin tərtibində “bir pəncərə” prinsipinin tətbiqinə başlayıb.

Artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Bununla da, torpaqların ilkin qeydiyyatı zamanı bir neçə ünvana müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxıb.

“Bir pəncərə” prinsipinin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur. Bu isə daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, operativlik və rahatlığın əhəmiyyətli dərəcədə artmasına, qeydiyyatın sürətlənməsinə şərait yaradıb.

Vahid mərkəzdən idarəçilik sisteminin tətbiqi ilk növbədə əmlak münasibətlərinin inkişafının sürətləndirilməsini və mülkiyyət məsələlərində vətəndaş amilinin gücləndirilməsini təmin etməkdədir.

Qeyd edək ki, vətəndaş komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdikdən sonra əvvəlki prosedura əsasən tələb olunan əlavə heç bir sənədləşdirmə işi ilə məşğul olmur və buna vaxt sərf etmir. Yalnız müəyyən olunmuş vaxtda ərazi idarəsinə gələrək dövlət reyestrindən çıxarışını götürür.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə vətəndaşın iştirakı olmadan elektron qaydada fəaliyyətini komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirməklə sənədləşdirmə işini həyata keçirir. Torpaq sahələrinin plan və ölçüsünün tərtibi, texniki inventarlaşdırma və digər texniki sənədlərin hazırlanması təmin olunur.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti kadastr işlərinin əlaqələndirilməsini və bu sahədə işlərin qaydalara uyğun aparılmasına nəzarəti, zəruri xəritə materiallarının hazırlanmasını təmin edir.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın texniki inventarlaşdırılması, torpaq sahələrinin plan və ölçülərinin hazırlanması ilə bağlı sənədlərin və məlumatların dəqiq və aydın şəkildə daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsi üçün zəruri tədbirləri həyata keçirir.

Eyni zamanda, əsassız olaraq bələdiyyələrə, fiziki və hüquqi şəxslərə verilmiş, habelə mühafizə zolaqlarında inşa edilmiş daşınmaz əmlakın qeydiyyatına yol verilməməsini nəzarətdə saxlayır. Bununla bağlı mütəmadi araşdırmalar aparır və nəticələrə əsasən müvafiq tədbirlər görür. Torpaqlardan istifadə və onların mühafizəsi sahəsində inzibati xətalara yol verilməsi halları aşkar edildikdə zəruri məlumatları Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim edir.

Komitənin yeni Əsasnaməsinə uyğun olaraq Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin bir sıra vəzifələri müəyyən olunub. Agentlik dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsini, torpaqların kateqoriyalara aid edilməsi barədə tədbirləri Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirir.

Xatırladaq ki, komitə tərəfindən artıq torpaq müsabiqələrinin və hərraclarının keçirilməsinə başlanılıb. Bununla bağlı, komitənin rəsmi internet səhifəsində müvafiq elanlar verilib. Elanlarda iştirak qaydaları və digər zəruri prosedurlar göstərilib.

Geri dön