Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda daha bir göl qurumaq təhlükəsi qarşısında
Güney Azərbaycanda daha bir göl qurumaq təhlükəsi qarşısında |
Güney Azərbaycanın məşhur Urmu gölü soydaşlarımızın bütün etirazlarına baxmayaraq artıq son nəfəslərini alır, gölün 95 faizi quruyub.
Qəzvin Vilayətinin Ətraf-Mühit Təşkilatının planlama işləri üzrə müavini isə bu vilayətdə yerləşən və turistlər üçün cazibədar məkan sayılan Avan gölünün qurumaq təhlükəsi ilə üz-üzə olduğunu bildirib. Seyid Əzim Haşimi 2-ci gün ətraf-mühitlə bağlı keçirilən tədbirdə bildirib ki, “su səthinin düşməsi Avan gölünün həyatını təhlükə qarşıdında qoyub. Əgər bu təhlükənin qarşısı alınmasa, bir neçə il sonra göl aradan gedəcək.” O bu vəziyyəti gölə daxil olan suların azalması və əkinçilərin gölün suyundan sistemsiz şəkildə istifadə etmələri ilə əlaqələndirib. S.Ə.Haşimi əlavə edib ki, “əgər bölgədə sel sularına nəzarət olunmasa, və ondan irəli gələn probleblemlər aradan qaldırılmasa, bu proses davam edəcək və gələcək illərdə Avan gölü olmayacaq.” Xatırladaq ki, kənd təsərrüfatı və içməli su problemi Güney Azərbaycan kənd və şəhərlərini bürüyüb. Üstəlik başda Urmu gölü olmaqla Güneydəki digər göl və gölməçələr sürətlə quruyur. Ekspertlər isə bu vəziyyətin Güney Azərbaycan və hətta qonşu ölkələrdə ətraf-mühitə ciddi ziyanı vuracağını xatırladır. Hələ ki, yerli məsullar və Azərbaycan əhalisinin etirazları rejim tərəfindən eşidilmir və problemin aradan qaldırılması uğrunda ən kiçik əməli addım atılmır. Geri dön |