Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Bir soydaşımız məhkəməyə etiraz olaraq özünü yandırdı
Bir soydaşımız məhkəməyə etiraz olaraq özünü yandırdı |
İran rejimi və onun müxtəlif rəsmi orqanlarının ədalətsizliyindən cana gəlib və özünü yandıran vətəndaşların sayına biri də əlavə oldu.
Məlumata görə, Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərində Sirus Nikcu adlı bir azərbaycanlı vətəndaş məhkəmə rəsmilərinin laqeyd münasibətinə etiraz olaraq özünü yandırıb. Hadisə birinci gün Məlikan məhkəməsinin həyətində baş verib. Belə ki, S.Nikcu 14 yaşlı qızının naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı məhkəməyə şikayət edib. O, məsələ ilə bağlı dəfələrcə məhkəməyə müraciət edib, lakin hakim onun şikayətinə laqeyd yanaşıb və şikayətə lazımi səviyyədə baxılmayıb. Bütün bunlara etiraz edən soydaşımız sonda öz canına qəsd edib və özünü yandırıb. Təbrizin Sina xəstəxanasına intiqal edilən S.Nikcunun vəziyyətinin ağır olduğu bildirilir. Etibarlı mənbələrdən daxil olan məlumata görə, Məlikan prokuroru (dadistan) S.Nikcunun ailəsi və yaxınlarını idarəyə çağırıb və bu hadisənin mətbuata çıxarılmaması ilə bağlı xəbərdarlıq edib. Məlikanın mədəni fəalları isə adı çəkilən soydaşımızın vəziyyətinə baxılmayacağı təqdirdə etiraz yığıncağı keçirəcəklərini bildiriblər. Bildirək ki, İranda rejimin basqılarından cana gələn vətəndaşlar, bəzən qəzəbdən öz canlarına qəsd edir. “Özünü yandırmaq” faktı o hallardan biridir və son 6 ay müddətində İranın müxtəlif vilayətlərində dəfələrlə belə faktlar qeydə alınıb. Geri dön |