Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneydə işsizlik problemi yeni vüsət alır: Ərdəbildə 700 işçi işlədən şirkətin qapısı möhürləndi!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneydə işsizlik problemi yeni vüsət alır: Ərdəbildə 700 işçi işlədən şirkətin qapısı möhürləndi!

Güneydə işsizlik problemi yeni vüsət alır: Ərdəbildə 700 işçi işlədən şirkətin qapısı möhürləndi!


Güney Azərbaycanda çoxsaylı soydaşımız iş tapa bilmədikləri halda, aztəminatlı işçilər də istehsal müəssisələri bağlanmaqla iş yerlərini itirir.
Məlumata görə, 700 işçi işlədən Səbəlan (Savalan) Parça vəya Arta Ticarət Zərrin şirkəti fəaliyyətini dayandırıb və qapısı möhürlənib. Parlamentin mədənlər və sənaye komisyonunun üzvü xəbəri təsdiqləyərək şirkətin vaxtsız bağlanmasını təəssüf hissi ilə qarşılayıb.
Kəmaləddin Pirmüəzzin bildirib ki, “Arta Ticarət Zərrin şirkəti zavoddan (karxanə) çıxmaq niyyətində deyil, lakin məhkəmə istehsal müəssisəsinin işini dayandırıb.”
Ərdəbilin millət vəkili əlavə edib ki, “Ərdəbil işçiləri və bu şəhərin sənayesinin dadına çatmaq lazımdır. Bu sahədə artıq böhran yaranıb və mən bir millət vəkili kimi bu xəbəri eşidəndən sonra olduqca narahat oldum.”
Millət vəkili vurğulayıb ki, “ən qısa zamanda Ticarət bankı ilə şirkət rəhbərliyi arasında ixtilaf öz həllini tapmalıdır. Əks halda zəhmətkeş işçilər bu məsələdən ziyan görəcək.”

Geri dön