Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsinin son yekun hesabatı keçirildi
“Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsinin son yekun hesabatı keçirildi |
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi əhalinin müxtəlif təbəqəsi, əsasəndə aztəminatlı əhalinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihə çərcivəsində aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi məqsədilə sosial məsələlər üzrə hüquq klinikası təşkil edilmiş və fəaliyyət göstərib. Layihə 6 ay müddətində Bakı və regionlarda həyata keçirilibdir. Layihənin icra planına uyğun olaraq 02 oktyabr 2015-ci il tarixində Bakı şəhərində “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsinin son yekun hesabatı keçirildi.
Tədbiri giriş sözü ilə “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev layihənin mahiyyəti və yekunları haqqında, layihə çərçivəsində yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında aztəminatlı əhali təbəqəsinə göstərilmiş hüquqi xidmətlər və sosial qanunvericliyin təkmilləşdirilməsinə dair təkliflər zərfi haqqında məruzə ilə çıxış etdi. Sonra “SHAİB-in sosial məsələlər üzrə Hüquq Klinikasına aztəminatlı əhalinin müraciətlərinin təsnifatı və onların həllinin icrası vəziyyəti" mövzusunda layihənin könüllüsü Zeynəb Qənbərova məruzə etdi. Tədbirdə təşkilatın sədr müavini, vəkil, layihənin hüquqşünas-eksperti Adəm Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının nümayəndəsi Yeganə Cəfərova, “Sağlam Həyat Naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Elmir Valehli, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov, “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyinin sədri Ayla Həsənova, Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqa Rəhimova, “XXI Azərbaycan Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, QHT rəhbərləri və digər şəxslər çıxış etmiş, müzakirələr aparılmış, rəy və təkliflər verilmişdir. Hökumət, QHT, KİV nümayəndələri və əhalinin həssas təbəqələrinin, o cümlədən əlil təşkilatlarının iştirakı ilə keçirilmiş tədbirdə aztəminatlı əhalinin sosial hüquqlarının müasir vəziyyəti və prespektivləri, aztəminatlı əhalinin sosial hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi, onların sosial hüquqlarının həyata keçirilməsi sahəsində mövcud problemlər və onun həlli yolları və s. məsələlər barəsində çıxışlar və müzakirələr olundu. Tədbirin sonunda SHAİB ilə sıx əməkdaşlıq edən “İstedadlı Əlillər” İctimai Birliyinin üzvi, I qrup əlil Mehman Talıbovun ifasında mahnılar səsləndirildi və layihənin ən fəal könüllülərinə sertifikatlar verildi. Geri dön |