Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sirus Nikxu təhlükəsizlik tədbirləri altında dəfn edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sirus Nikxu təhlükəsizlik tədbirləri altında dəfn edilib

Sirus Nikxu təhlükəsizlik tədbirləri altında dəfn edilib


Məhkəmə sisteminin laqeyd münasibətinə etiraz olaraq özünü yandıran Sirus Nikxu cümə günü Təbrizin Sina xəstəxanasında dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi 6-cı gün (şənbə günü) təhlükəsizlik tədbirləri altında keçirilib. Məlumata görə, təhlükəsizlik qüvvələri dəfn mərasimi ilə bağlı xəbərin yayılmasına mane olub və bu barədə Bildiri yaymağa icazə verməyib. Ləklər kəndinin yollarını kontrola alan məmurlar, kənd yolunda gediş-gəlişi şiddətli şəkildə kontrol edib və bunun üçün nəzarət kamerasından (durbin) istifadə edib.

Bəzi mənbələr isə Məlikan prokurorluğu (dadqostəri) ətrafında məmurların toplaşdığını və bu məntəqənin də nəzarətə alındığını qeyd edib. Prokurorluq dəfn mərasiminin keçirildiyi gün bağlı vəziyyətdə olub və müraciət edən vətəndaşlar idarə tərəfindən qəbul olunmayıb.

Xatırladaq ki, Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərində Sirus Nikxu adlı bir azərbaycanlı vətəndaş məhkəmə rəsmilərinin laqeyd münasibətinə etiraz olaraq özünü yandırıb. Hadisə ötən birinci gün Məlikan məhkəməsinin həyətində baş verib. Belə ki, S.Nikcu 14 yaşlı qızının naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı məhkəməyə şikayət edib. O, məsələ ilə bağlı dəfələrcə məhkəməyə müraciət edib, lakin hakim onun şikayətinə laqeyd yanaşıb və şikayətə lazımi səviyyədə baxılmayıb. Bütün bunlara etiraz edən soydaşımız sonda öz canına qəsd edib və özünü yandırıb.

Bildirək ki, İranda rejimin basqılarından cana gələn vətəndaşlar, bəzən qəzəbdən öz canlarına qəsd edir. “Özünü yandırmaq” faktı o hallardan biridir və son 6 ay müddətində İranın müxtəlif vilayətlərində dəfələrlə belə faktlar qeydə alınıb.

Geri dön