Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kürdüstan valisi: “Yeni tədris ilindən Kürdüstan universitetlərində kürd dilinin tədrisinə başlanılıb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kürdüstan valisi: “Yeni tədris ilindən Kürdüstan universitetlərində kürd dilinin tədrisinə başlanılıb”

Kürdüstan valisi: “Yeni tədris ilindən Kürdüstan universitetlərində kürd dilinin tədrisinə başlanılıb”


İranın Kürdüstan əyalətinin valisi Əbdülməhəmməd Zahidi oktyabrın 5-də “İsna” xəbər agentliyinə müsahibəsində bu ildən etibarən əyalətin ali təhsil ocaqlarında və orta məktəblərdə kürd dilinin tədrisinə başlanmasından xəbər verib.
Əbdülməhəmməd deyib ki, Kürdüstan əhalisinin istəklərindən biri kürd dilinin bərpası və onun məktəblərdə tədris olunmasıdır: “Kürdüstan əhalisinin tələblərindən biri, ölkədə yaşayan xalqların dilinin məktəblərdə və ali təhsil ocaqlarında tədrisini nəzərdə tutan konstitusiyanın (ana yasanın) 15-ci maddəsinin icrasıdır.

Bu ilin mehr ayından (oktyabr ayından) başlayaraq Kürdüstan Universitetində kürd dilinin tədrisinə başlanılıb. Bundan başqa Azad İslam Universitetində kürd dilinin tədrisi könüllü şəkildə keçirilir, orta məktəb səviyyəsində isə kürd dili və ədəbiyyatı artıq tədris edilir. Bəziləri elə hesab edir ki, tədris ümumilikdə yalnız kürd dilində aparılmalıdır. Halbuki ölkə konstitusiyasında qeyd olunduğu kimi ölkənin rəsmi dili fars dilidir. Lakin etnik qrupların dili və ədəbiyyatı onların yaşadığı bölgələrdə məktəblərdə fars dili ilə yanaşı tədris edilə bilər”.

Qeyd edək ki, İranda kürdlərin öz ana dillərində təhsil almaq hüququ qismən tanındığı bir vaxtda ana dilində məktəblərin açılmasını tələb edən dinc azərbaycanlı fəallara qarşı təzyiq və repressiyalar davam edir.

Geri dön