Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dini Komitə: Bəzi dairələrin dindarlar adından əsassız fikirlər səsləndirməsi dini inancdan yararlanmaqdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Dini Komitə: Bəzi dairələrin dindarlar adından əsassız fikirlər səsləndirməsi dini inancdan yararlanmaqdır

Dini Komitə: Bəzi dairələrin dindarlar adından əsassız fikirlər səsləndirməsi dini inancdan yararlanmaqdır


Noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Seçkilər yaxınlaşdıqca dindarların seçkilərdə iştirak etməyəcəyi barədə bəzi dairələr tərəfindən həqiqətə uyğun olmayan müxtəlif səpkili fikirlər səsləndirilir. Təəssüf ki, bu fikirlər bəzən cəmiyyətdə ajiotaj yaratmağa, ictimai rəyi çaşdırmağa yönəlir. Son zamanlar cəmiyyətin dindar kəsimini düşünülmüş şəkildə bu çirkin niyyətlərə alət etmək cəhdlərinə də rast gəlirik. Ayrı-ayrı şəxslər dindarlar adından çıxış edərək, onların səsvermədə iştirak etməyəcəkləri və seçkiləri boykot edəcəkləri haqqında cəfəng iddialar səsləndirirlər.

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov parlament seçkilərində dindarların iştirak etməyəcəyəi məsələsinə münasibət bildirərkən söyləyib.

R.Ramazanov qeyd edib ki, bəzi dairələrin reallığı əks etdirməyən bu cür fikirlər yayması qəbuledilməzdir: "Çoxəsrlik tarixi köklərə malik mənəvi dəyərlərimiz və onun özəyini təşkil edən müqəddəs dinimizdən belə uğursuz cəhdlərdə vasitə kimi istifadə olunması təşəbbüsü dərin təəssüf hissi doğurur. Ölkə hüdudlarından kənarda özlərinə havadarlar axtaran, dini siyasiləşdirən şəxslərin, xüsusilə parlament seçkiləri öncəsi Azərbaycan dindarları adından əsassız fikirlər səsləndirməsi bəzi dairələrin bəd niyyətləri üçün dini inancdan yararlanmaq istəyindən xəbər verir".

R.Ramazanov bildirib ki, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda hansısa şəxsin, xüsusilə də əsl məqsəd və məramları bəlli olmayan dairələrin təsirində olan qeyri-legitim qurumlar, yaxud özlərini belə qurumların “rəhbər”ləri kimi təqdim edənlərin ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı var: "Özlərini “din alimi” kimi təqdim edənlərin başqalarının adından qeyri-obyektiv fikirlər yaymaq cəhdləri özlüyündə mənəvi və hüquqi məsuliyyət məsələsidir. Bu mövzuda çoxkonfessiyalılığı ilə səciyyələnən ölkəmizdə mövcud olan dini mərkəz, dini konfessiyalar və onların rəhbərləri münasibət bildirə və dindarlar adından danışa bilərlər. Birmənalı şəkildə demək olar ki, respublikamızda fəaliyyət göstərən dini icma və qurumlar seçki prosesində yaxından iştirak etməklə, özlərinin vətəndaşlıq borcunu yerinə yetirəcək. Azərbaycan dövləti bütün sahələrdə uğurla inkişaf edir və seçicilər inkişafa, rifaha, sabitliyə səs verəcəklər".

Geri dön