Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı diplomat: "Minadakı faciə İranın "SEPAH"ı tərəfindən təşkil edilib"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı diplomat: "Minadakı faciə İranın "SEPAH"ı tərəfindən təşkil edilib"

İranlı diplomat: "Minadakı faciə İranın "SEPAH"ı tərəfindən təşkil edilib"


İranlı diplomat Fərzad Fərhəngiyan, əlində olan məlumatlara əsaslanaraq iddia edir ki, Minada yaşanan izdiham SEPAH-ın 6 zabiti tərəfindən təşkil edilib. Hadisə ilə əlaqədar əlində faktların olduğunu bildirən diplomat rəsmi Tehranı Həcc ibadəti zamanı həmin planı həyata keçirtməkdə, kütləvi ölümlərin, böyük ixtişaş və zorakılıq aktlarının təşkilində günahlandırıb.

Fərzad Fərhəngiyan bloqunda ərəb dilində yazıb:

“Hələ Həcc başlamazdan əvvəl mən yazılı şəkildə müraciət edərək krallığının rəhbərliyinə təxribat ediləcəyi barədə xəbərdarlıq etdim. Mənim etibarlı mənbələrdən aldığım məlumata görə, təxribatı Həcc ziyarəti zamanı Xomeyni rejimi hazırlayır. Hadisədən dərhal sonra Xomeyni rejimi özünün siyasi ruhlu açıqlamaları ilə qəzəblənməyə başladı. Belə ki, baş verənlərin səbəbi nədir?”.

Verilən məlumata görə Fərzad Fərhəngiyan əvvəllər İran Xarici İşlər Nazirliyində müşavir vəzifəsində, daha sonra Dubay, Bağdad, Mərakeş və Yəmən şəhərlərində İranın səfiri vəzifəsində çalışmışdır. Lakin onun sonuncu iş yeri İranın Belçikadakı konsulluğunda ikinci dərəcəli vəzifəli şəxs olub. Etibarlı mənbələrə dayanaraq Fərzad Fərhəngiyan deyir ki, aparılacaq istintaqlar, nəyahət, Minadakı izdihamı yaradan İran rejimini tənqid edəcək:

“Minada baş verən hadisə – terror əməliyyatıdır. İran zəvvarları arasında 5 mindən çox İİKK təşkilat üzvləri var idi və onlar böyük nümayişlər təşkil etməklə, şiddətli təzyiqlər göstərməklə daha çox ölüm planlaşdırmışdılar. Lakin buna baxmayaraq Səudiyyə Ərəbistanının kəşfiyyat qrupu baş verəcəklərə operativ şəkildə müdaxilə etməklə onların planını alt-üst etdi”.

Fərzad Fərhəngiyan İİKK təşkilatının liderləri olan 6 zabitin siyahısını açılayıb və bildirib ki,onlar Minada süni şəkildə izdihamın yaradılmasına və zəvvarlar arasında nümayiş və zorakılıq aktının planlaşdırılmasına birbaşa nəzarət ediblər.

Adil Səid Cavad Musəvi, “Aşura” briqadasının komandiri, SEPAH-ın milis qüvvələrinin üzvüdür. Abdul Bari Mustafa Baxti, Tehranın şimalında yerləşən Saadabad sarayında İmam Universitetində təlim mərkəzinin komandiridir. Mustafa Naim Abdul Bari Rizvi… Muhamməd Səid Abdullah Muhamməd Bakir… Səlim Sabah Aşur… Kazım Abdul Zahra Hardamandan

Adların siyahısını açıqlayaraq Fərzad Farankyan qeyd edib ki, bu insanlar İİKK təşkilatının ən yüksək liderlərindəndir. Bu bölmə SEPAH təşkilatı tərəfindən xaricdə xüsusi planlaşdırılmış əməliyyatlar həyata keçirtmək üçündür ki, bu da Xamneyinin rəhbərliyi ilə planlaşdırılır.

Bunu da qeyd etmək lazımdır ki, hadisə baş verən zaman həmin yerdə İranın hərbi və mülki qüvvələrinin olması da çox sual doğurur. Onlar içərisində ən əhəmiyyətlisi odur ki, sabiq İran səfiri Qəzənfər Ruknabadinin indiyə qədər hələ də həmin ərazidə olmasıdır.

İran liderinin təhdidləri:

Hadisə, İran siyasətçilərinin və hərbi səlahiyyətli şəxslərinin Səudiyyə Ərəbistanı Krallığına daha çox səsləndirdiyi təhdidlərdən sonra daha da qızışdı. Bu plan isə Xamneyi tərəfindən Minadə baş verən faciəyə görə krallığı məsuliyyətə cəlb etməyindən start götürdü. Bundan sonra İranın KİV-ləri insanların milli hissiyyatını qıcıqlandıraraq nəyinki Səudiyyə Ərəbistana qarşı, bütövlükdə ərəblərə qarşı böyük bir kompaniyaya başladılar.

Geri dön