Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə divarlar milli və mədəni şüarlarla bəzədilib
Ərdəbildə divarlar milli və mədəni şüarlarla bəzədilib |
Güney Azərbaycanın Ərdəbil şəhərində əhalinin yaşayış məntəqəsi və məktəb (mədrəsə) binalarının divarları üzərinə milli və mədəni şüarlar yazılıb.
Əhali tərəfindən yazılan şüarlara Güney Azərbaycanın bir çox şəhərində rast gəlmək mümkündür. Şüarlar arasında ən çox “Hanı Ana Dilim!”, “Türk dilində mədrəsə”, “Oyan Azərbaycan”, “Oyan türk milləti”, “Yaşasın Azərbaycan” və s. kimi cümlələrə rast gəlinir. Bu barədə GAMAC Təşkilatının rəsmi saytında məlumat yayılıb. Xatırladaq ki, Ərdəbildə çoxsaylı divarın üzərinə milli və mədəni şüarların yazılması prosesi təhlükəsizlik qüvvələrini hərəkətə gətirib. Belə ki, Meysəm Colani, Rəhum Qulami, Ramin Piçqanlu və s. kimi azərbaycanlı milli-mədəni fəallar təhsil ocaqlarının açılışı günü ərəfəsində yaxalanıb vəya ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb və təhdid ediliblər. Geri dön |