Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (vido və səs)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (vido və səs)

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (vido və səs)


Bu gün şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 128 il əvvəl 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Qeyd edək ki, siyasətlə hələ gənc yaşlarından maraqlanan Məhəmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı - “Müsəlman gənclik təşkilatını” 1902-ci ildə 18 yaşında qurub. 1917-ci ildə isə “Müsavat” partiyasının Bakıda keçirilən birinci qurultayında sədr seçilib. O Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biridir. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə Ə.Topçubaşov Parisdə vəfat edəndən sonra mühacirət həyatının ağır şərtlərinə baxmayaraq M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci dünya savaşı dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır.

İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarıstanlığında dəfn edilir. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyib.

Geri dön