Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran-Rusiya müsabiqəsində milli şüarlar səsləndirildi – Urmiyada
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran-Rusiya müsabiqəsində milli şüarlar səsləndirildi – Urmiyada

İran-Rusiya müsabiqəsində milli şüarlar səsləndirildi – Urmiyada


Güney Azərbaycanın Urmiya şəhərində soydaşlarımız Azərbaycan torpaqlarına göz tikən kürd terror qruplaşmalarına qarşı kəskin şüarlar səsləndirib.
Məlumata görə, 6-cı gün (şənbə günü) Urmiyada İran və Rusiyanın futsal komandaları arasında keçirilən yarış zamanı, tamaşaçılar müxtəlif milli şüarlar səsləndiriblər.

Onlar Qərbi Azərbaycan vilayətinin torpaqlarına göz tikən kürd terror qruplaşmalarına yönəlik “Bu torpaqdan pay olmaz – Urmu Kürdistan olmaz” şüarını gur səslə dilə gətiriblər. “Yaşasın Azərbaycan”, “Gəlin gedək ağlayaq – Urmu gölünü dolduraq”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və s. kimi şüarlar da səsləndirilən sloqanlar arasında olub.

Bu arada müsabiqə zamanı urmiyəli azərbaycanlı milli-mədəni fəal Əli Əzizi təhlükləsizlik qüvvələri tərəfindən qısa müddət nəzarətə götürülüb. O oyun bitdikdən sonra sərbəst buraxılıb.

Geri dön