Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Toğrul İsmayıl: “Türkiyə universitetlərində təhsil alan güneyli gənclər arasında aktivləşmə var, lakin bu yetərli deyil” (audio)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Toğrul İsmayıl: “Türkiyə universitetlərində təhsil alan güneyli gənclər arasında aktivləşmə var, lakin bu yetərli deyil” (audio)

Toğrul İsmayıl: “Türkiyə universitetlərində təhsil alan güneyli gənclər arasında aktivləşmə var, lakin bu yetərli deyil” (audio)


Toğrul İsmayıl İrandakı türklərin durumunu Türkiyə toplumuna anlatmaq istiqamətində fəallığın son illərdə artdığını, ancaq yenə də yetərli olmadığını ifadə edir. Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru “Amerikanın Səsi” ilə söhbətdə Azərbaycan Respublikası və Türkiyə toplumlarında güney məsələsi ilə bağlı məlumatlandırmanın səviyyəsini şərh edib.
Toğrul İsmayıl güney məsələsi ilə tanışlıq baxımından Türkiyə və Azərbaycan Respublikasındakı durumun fərqli olduğunu önə çəkərək bunun müxtəlif səbəblərindən söz açıb:

“Azərbaycan uzun illər Sovetlər Birliyinin (Şurəvi) tərkibində olan bir respublika idi. Sovet dönəmində belə güney məsələsi ilə bağlı xüsusi siyasətlər var idi. Sovet İttifaqı 1945-46-da orada dövlət qurma cəhdi, sonra beynəlxalq səviyyədə ondan vaz keçilməsi, qısa sürədə bu dövləti qurarkən oraya Sovet Azərbaycanından mütəxəssislərin göndərilməsi və ondan sonra da Sovet dönəmində İran məsələsində Azərbaycan faktorunu siyasi faktor kimi istifadə etməsi öz izlərini buraxmışdır. Misal üçün, Sovet dönəmində İranla münasibətlər yaxşı olduğu zaman rəsmi qəzetlərdə o bölgə "İran Azərbaycanı", münasibətlər pisləşən kimi isə "Cənubi Azərbaycan" olaraq adlandırılırdı.”

Güney məsələsi ilə yaxından maraqlanan Toğrul İsmayılın söylədiklərinə görə, “həmin səbəblərə əsasən Sovet dönəmində belə güney məsələsi yəni orada yaşayan türklərin məsələsi Azərbaycan ədəbiyyatında xüsusi yer almış, toplumda isə bir növ əks səda doğurmuşdur.”

O həmçinin, 1945-46 illərində qurulmuş milli hökümətin əməkdaşlarından bir qrupunun arazın şimal tərəfinə köçməsi və mərhum Əbulfəz Elçibəy kimi siyasətçilərin də güney məsələsinə verdiyi önəmə işarə edir.

Beynəlxalq əlaqələr eksperti bu mövzu ilə bağlı Türkiyədəki durumu da ətraflı şəkildə şərh edir.

“Qalxıb desək ki, Türkiyədə İrandakı türklərin halı bilinmir, bu doğru olmaz. Bu məsələ ilə məşqul olan cidd mütəxəssislər var. Mütəxəssislər və alimlər səviyyəsində hətta siyasilər səviyyəsində bu məsələ bilinməkdədir,” deyə o bəyan edir.

O Türkiyədəki bəzi siyasi şərtlərin İrandakı türk məsələsinin daha artıq gündəmə gəlməsinə mane olduğunu da önə çəkir:

“Burada bir siyasi faktor var. İran Türkiyənin uzun illərdir qonşusudur. Türkiyə Cumhuriyyəti İranla münasibətlərini pozmamağa çalışır. Bu məsələyə həssaslıqla, siyasətlə yanaşır. Hələ Osmanlı-Səfəvi dönəmində başlayan rəqabəti də göz önünə alsaq bu çox həssas və diplomatik məsələyə çevrilir... Ayrıca Türkiyədə də bəzi etnik problemlər var...”

İran və Güney Azərbaycandan Türkiyəyə köçən türklərin fəaliyyətlərini dəyərləndirən cənab İsmayıl fəallığın son illərdə artdığını ancaq yenə də yetərli olmadığını ifadə edir:

“Əlbəttə ki, Türkiyədə, xüsusilə bu məsələlərin yayılması və təbliğatı İrandan gələn türklərin üzərinə düşür. Yəni onlar işin gerçəyini doğru olaraq əks etməyə çalışmalı və daha aktiv olmalıdırlar. Əvvəllər belə aktivliyin olmadığını görürdük, amma getdikcə xüsusilə Türkiyə universitetlərində təhsil alan gənclər arasında ciddi şəkildə bir aktivləşmə var.”

O, eyni zamanda bu fəaliyyətlərin yetərli olmadığını vurğulayır:

“Bunlar yetərlimidir? Üzülərək söyləyirəm, yetərli deyil. Səbəbi də budur, İrandan gələn türklər, əsas məsələni, tam olaraq nə istədiklərini bilmirlər, bu bir siyasi düşüncə mi? İctimai hərəkat mı? Bunun necə olduğunu tam açıq və aydın şəkildə ortaya qoya bilmirlər. Təşkilatlanma zəifdir, yəni iki üç nəfər bir araya gəlir...”

“Könlümüz istəyir ki, daha çox insan Türkiyədə güney məsələsini, İrandakı türklük məsələsini tanıtdıra bilsin. Sadəcə Türkiyə deyil, beynəlxalaq səviyyədə,” deyə Toğrul İsmayıl əlavə edir.

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı linkə müraciət edə bilərsiniz:

TIKLAYIN

Geri dön