Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə türk dili kurslarının fəaliyyətə başlaması əhalinin böyük rəğbəti ilə qarşılanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə türk dili kurslarının fəaliyyətə başlaması əhalinin böyük rəğbəti ilə qarşılanıb

Təbrizdə türk dili kurslarının fəaliyyətə başlaması əhalinin böyük rəğbəti ilə qarşılanıb


İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə türk dili (Azərbaycan türkcəsi) kurslarının fəaliyyətə başlaması, ana dilində sərbəst şəkildə yazıb oxumağı arzulayan əhalinin böyük rəğbəti ilə qarşılanıb.
“Ustad Şəhriyar Araşdırmalar Fondu”nun təşəbbüsü ilə Təbrizdə keçirilən kurslara qatılmaq istəyənlərin sayı o qədər çoxdur ki, ana dilinin tədrisi üçün nəzərdə tutulan kiçik zal və məhdud imkanlar onların hamısının dərslərdə iştirak etməsinə imkan vermir. Nəticədə zalın kiçikliyini nəzərə alaraq kurslara gələnlərin çoxu oturmağa yer olmadığına görə saatlarla ayaq üstdə duraraq dərslərdən faydalanmağa, ana dilini öyrənməyə çalışırlar.
Qeyd edək ki, Təbrizdə türk dili kursları könüllü şəkildə və yalnız doğma dilinə bağlı olan insanların şəxsi təşəbbüsü və xərci ilə keçirilir. İran hökuməti bu kimi kursların keçirilməsinə minimium maddi yardım göstərmir.

Geri dön