Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Şabranda brusellyoz xəstəliyinin yayilmasi barədə məlumatlar əsassizdir
Şabranda brusellyoz xəstəliyinin yayilmasi barədə məlumatlar əsassizdir |
Bu günlərdə bir sıra kütləvi informasiya (KİV) vasitələrində Şabran rayonunda heyvanlar arasında brusellyoz xəstəliyinin kütləvi şəkildə baş verməsi barədə məlumat yayılmışdır.
Bu məlumatla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, Şabran rayonunda cari ilin 9 ayı ərzində rayonda saxlanılan 13688 baş iribuynuzlu heyvandan, 2 min baş ana qoyundan, 1680 baş qoçdan brusellyoz xəstəliyinə görə diaqnostik məqsədlə qan alınmışdır. Aparılan seroloji müayinə nəticəsində ayrı-ayrı vaxtlarda və ayrı-ayrı təsərrüfatlarda 7 baş iribuynuzlu, 2 baş xırdabuynuzlu heyvanın qanı müsbət reaksiya vermişdir. Qalan heyvanlarda isə xəstəliyin törədicisinə təsadüf edilməmişdir. Müsbət reaksiya vermiş heyvanlar xəstəliyin təlimatına uyğun olaraq vaxtında təsərrüfatdan təcrid edilərək, zərərsizləşdirilmişdir. Bu da onu göstərir ki, Şabran rayonunda heyvanlar arasında brusellyoz xəstəliyinin kütləvi şəkildə yayılmasından söhbət belə gedə bilməz və bu məlumatın heç bir əsası yoxdur. Epizootik tədbirlər planına uyğun olaraq cari ilin 9 ayı ərzində Şabran rayonunda xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı “Rev-1” ştampının göz-damcı üsulu ilə 10 min başa yaxın heyvanda profilaktik məqsədlə peyvəndləmə tədbiri aparılmış və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Dövlət Baytarlıq Nəzarəti Xidməti xatırladır ki, müayinə zamanı aşkar edilən xəstə heyvanlar vaxtında təcrid edilərək «Brusellyoz xəstəliyinin profilaktikası və ləğv edilməsi tədbirləri haqqında» təlimata uyğun zərərsizləşdirilir. Eyni zamanda heyvan sahibinin təsərrüfatında dezinfeksiya işləri həyata keçirilməklə əhali arasında maarifləndirmə işi aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, baytarlıq şəhadətnaməsi olmadan başqa rayonlardan və yaşayış məntəqələrindən təsərrüfata heyvan gətirilməsinə icazə verilmir. Heyvan sahibləri əraziyə xidmət və nəzarət edən baytarlıq mütəxəssislərinin tələblərinə ciddi əməl etməklə heyvanlara baxış keçirilməsinə, müayinə edilməsinə, peyvəndləmə aparılmasına və onlardan qan nümunələrinin götürülməsinə xüsusi şərait yaratmalıdırlar. Qeyd edək ki, bütün bu tələblər profilaktik xarakter daşıyır və təsərrüfatların sağlamlığına xidmət edir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti onu da xatırladır ki, bu kimi profilaktik işlər bütün respublikada həyata keçirildiyindən indi xəstəliyin səviyyəsi 5-6 il bundan əvvəl illə müqayisədə dəfələrlə aşağı salınmışdır. Dövlət Baytarlıq Nəzarəti Xidməti bu istiqamətdə lazımi tədbirlərini davam etdirir və yayılmış məlumatın heç bir əsası olmadığını bildirir. Geri dön |