Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda millətlərarası ayrı-seçkilik siyasəti
İranda millətlərarası ayrı-seçkilik siyasəti |
Universitetlərdə “kürd dili və ədəbiyyatı” ixtisası üzrə öyrənci qəbul olunur, türk dili isə...! İran İslam Cümhuriyyətində rejimin qeyri-fars millətləri münasibətdə apardığı ayrı-seçkilik siyasəti ən çox Azərbaycan üzərində tətbiq edilir. 30 milyondan çox Azərbaycan türk millətinin ana dilinə tətbiq edilən qadağa öz qüvvəsində saxlanıldığı halda, qonşu kürd millətinin dili və ədəbiyyatı rəsmi şəkildə tədris olunmağa başlayıb. Kürdistan universitetinin ədəbiyyat və xarici dillər fakultetinin rəisi “kürd dili və ədəbiyyatı” ixtisası üzrə öyrənci qəbul olunduğunu açıqlayıb. O bildirib ki, Kürdistan universitetində ilk dəfə olaraq 41 öyrənci sözügedən ixtisas üzrə təhsil alacaq. Doktor Əhməd Nəhiratın sözlərinə görə, Təhsil Nazirliyinin razılığı ilə ilk dəfə olaraq lisans təhsil pilləsində kürd dili və ədəbiyyatı ixtisası tədris olunacaq. Kürdistan universitetinin ədəbiyyat və xarici dillər fakultetinin rəisi bu dilin inkişaf edəcəyinə ümid etdiyini də bildirib: “Təhsil Nazirliyinin saytında elmi heyətə üzv qəbul etməklə bağlı elan verilib. Ümid edirəm ki, bu üzvləri cəlb etməklə kürd dilinin inkişafı uğrunda ciddi addımlar atılacaq.” Qeyd edək ki, kürd dili və ədəbiyyatının tədris edilməsi o halda bir mədəni hüquq kimi tanınır ki, 30 milyondan çox Azərbaycan türkü eyni hüquqdan məhrumdur. Problem bununla da məhdudlaşmır. Türk dilində təhsil tələbi ilə dinc fəaliyyət göstərən fəallar təhlükəsizlik qüvvələri tərəfindən tutulur və məhkəmə hökmü ilə zindanlara intiqal edilir. Geri dön |