Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Respublikası Milli Məclisində 2016-cı ilin büdcə müzakirəsində Fərəc Quliyevin çıxışı.
Azərbaycan Respublikası Milli Məclisində 2016-cı ilin büdcə müzakirəsində Fərəc Quliyevin çıxışı. |
Hörmətli hökumət üzvləri, hörmətli kolleqalar .
2016-cı il büdcə müzakirələri komitələrin birgə iclasında müzakirəyə cıxarılarkən hörmətli maliyyə naziri Samir Şərifov bildirdi ki, vergi güzəştlərinin ləğv olunması gündəmdədir və tikintidə vergi güzəştləri sadələşdiriləcək. Vergi güzəştlərinin sadələşdirilməsi təqdir olunur, amma vergi güzəştlərinin ləğv olunması indiki halda nə qədər dogrudur? Cənab nazir yənədəmi bu fikirində qalır? Əgər ölkə neft gəlirlərinin azaldığı bir dövrdə qeyri-neft sektorunun inkişafı ve sahibkarlığın inkişafını prioritet götürürsə onda vergi güzəştlərinin ləğvi sahibkarlığın inkişafına təbii ki, mane olacaqdır. Bütün addımlar ölçülüb-biçilməli, fərqli bir büdcə fəlsəfəsi ortaya qoyulmalıdır. Çünkı büdcə sənədi həm də dövlət inkişaf proqramıdır. Müzakirə etdiyimiz sənəd sadə mühasibat uçotu səviyyəsindədir və buna görə hörmətli maliyyə naziri günahkar deyil. Hökumət ona hansı materialı veribsə, o da daxilolma və xərcləmələrin mükəmməl şəkilləndirməsini edib. Büdcəni dövlət proqramı kimi hazırlamaq hökumətin işidir. Neft gəlirləri azalıbdır deyə, bu azlma rəqəminə uyğun bütün sahələrdə azalmalar etmə, işləyən vətənaşların ixtisara salınması çıxış yolu deyil. Hökumət bu azalmaların yerini doldurmaq üçün alternativ qaynaqlar təklif etməli idi. Bunun üçün Prezident hökumətə kifayət qədər meydan verib, şərait yaradb. Sənaye ili elan olunub və bu sahənin inkişafı üçün prezidentin sərəncamı ilə kifayət qədər vəsait ayrılıb, kənd təssərrüfatı ili elan olunub, Prezident bu sahənin inkişafı üçün kifayət qədər vəsait ayırıb. Açığı bir neçə nazrliyi çıxmaq şərti ilə nazirliklər -hokumət çox tənbəldir, Prezidentlə ayaqlaşa bilmir, təşəbbüskar deyil. Bütün bunların müqabilində neftdən asılı olmayan büdcə formalaşdırılmalı idi. Hansı vəsiti hökumət , yerli icra hakimiyyəti istəybsə , bu onlara artıqlaması ilə verilib. Prezidentin dünənki çıxışından bir daha göründü ki,sadalanan prioritetlər siyasi iradədir, onda nədən belə məzərə yaranib? Son 15 ildə neft gəlirləri 140 milyard dollar civarında olub, bu vəsaitlə boş səhrada olkə yaratmaq mümkün idi. Belə örnək kimi İsraili gostərmək olar. BMT İsrail dovləti yaratmaq qərarı verəndən sonra cəmi 450 min yəhudini 20 min kv. km boş bir əraziyə gətirdilər. Nə yeralti, nə yerüstü sərvəti,nə bir dənə axar çayı olmayan bir əraziyə. Bu insanlar istehsal sahələri yaratdılar, duzlu suyu şirin suya çevirib, dünyada ən unikal kənd təssərrüfatı qurdular. İndi İsrailin illik kəliri 200milyard dollar civarındadır. Biz niyə belə davranmayaq? Bizim qat-qat artıq qaynaq və imkanlarımız var axı. Neft 1998-ci ildə olduğu kimi 10 dollar qiymətə düşsə nə olacaq, yenə olkənin kəmərləri sixilmalıdırmı? Neftin qiyməti düşübsə onu xammal kimi satmayaq, yarimfabrikant və son məhsul kimi sataq. Məsələn, texnologiya parklarımızda boru istehsal olunur və bunun üçün xaricdən material alınır. Bu material neftdən hazirlanir. Biz ozumuz neftdən bu yarımfabrikanti istehsal edib, ondan da boru niyə hazirlamayaq? Bizdən ucuz qiymətə neft alib onu bizə yarımfabrikanta cevirib niyə baha qiymətə satsinlar? Niyə pulumuzu başqa ölkəyə verək? Bu materialı istehsal eden sahə yaratmaqla niyə yeni iş yeri açilmasın? Bunu bir nümunə olaraq deyirəm. Sənaye texnologiya parklarımızda ən muasir cihazlar alınıb quraşdırılıb. Bu cihazlarla kosmik cihazlar belə düzəltmək olar. Amma gedin bazara baxın, adı masaustü qaz pilitələri,məişət əşyaları ya irandan, ya turkiyədən, ya cin və koreyadan gətirilir. Bunlari kustar üsulla belə istehsal etmək mümkündür. Bu qədər bahali dəzgahlarımız varkən nədən asılı olmayan sahələr yaratmayaq, ixtisarlar əvəzinə insanlarımızı faydalı çalışdırmayaq?Azərbaycanın özünün də istehsal və rəqabətə davamlı məhsul istehsal etmə təcrübəsi var. Kecən əsrin 70-ci illərində rəhmətlik Heydər Əliyev Baki kondisionerler və soyuducular zavodunu inşa etdirdi. O dönəmdə, xatırlayirsınızsa ,bizim kondisionerlər,souyducular postsovet məkaninda ən cox tələb olunan məhsul idi,indi niyə qurmayaq? Bu həm də yeni iş yerləri deməkdir,pulumuzun xaricə verilməməsi deməkdir. Tədricən istehsal etdiyimiz malları bir az da keyfiyyətli hala gətirib xaricə ixrac edərək qazanc əldə etmək deməkdir. Dövlətin vəsaitləri bu istiqamətlərdə iş quranlara kredit şəkilində verilmək əvəzinə milyard manatlarla vəsait avanurist layihələrə verilib,indi o vəsaitin dağıdılması aşkar olur. Mən 2013-cu ildən başlayaraq bir neçə dəfə gənclərə kredit verilməsi ilə baglə burada məsələ qaldirmışam. Neft Fondunun vəsaitləri xaricdə 3%-lə xarici ölkə vətəndaşlarına işlətməyə verilir. Dəfələrlə təklif etdim ki ,bizim xaricdə saxlanan vəsaitlərin bir hissəsi ölkəyə gətirilsin, gənclərimizə-xususilə hərbi xidmətdən qayidanlara 3%-lə kredit verilsin , kiçik sahibkarliqla, istehsalla məşgul olsunlar və rayonlarda olanlara orada torpaq sahəsi ,şəhərlərdə olanlara şəhər ətrafında kiçik torpaq sahəsi verilsin ki, mənzillə təmin olunsunlar,başqa ölkələrə də axıb getməsinlər. Bu təklif indiyə qədər həyata keçməyib,amma milyard manatlarla vəsait heç bir girovsuz avanturistlərə verilir. İsrafçılıq etmək olmaz,indiki dövrdə tam qənaətlə çalışmaq lazımdır. Burada dəfələrlə qaldırdığım bir təklifi elə bu məqsədlə bir daha səsləndirmək məcburiyyətindəyəm- kommunal sektor dovlət mülkiyyəti ozündə saxlamaq şərti ilə idarəetməyə verilməlidir. Belə olarsa bu sektora büdcədən vəsait ayrilmaz,üstəlik bu sahə büdcəyə glir gətirər.Yeni iqtisadi yüksəliş fəlsəfsini həyata keçirmək üçün ,həm də yeni idarəetmə fəlsəfəsi qəbul olunmalıdır. Bir çox idarəetmə strukrurları ləğv olunmalıdır .İdarəetmədə koordinatorluğu Prezident aparatı etməklə ,operatorluq birbaşa yerdki icraçılara verilməklə Nazirlər Kabinetinin bir çox strukturları ,məncə paralelliyi aradan qaldirmaq naminə ləğv olunmalıdır. Yuxarıda göstərdiklərimi əsas götürərək, 2016-cı ilin büdcə layihəsini Azərbaycanın indiki vəziyyətinə ölkəmizin potensialına uygun olmadığını düşünürəm və yenidən işlənməsini faydalı hesab edirəm. Diqqətinizə görə təşəkkür edırəm. MDHP Metbuat Xidməti Geri dön |