Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Nəzarət Şurası nüvə sazişi ilə bağlı ratifikasiyanı təsdiqlədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Nəzarət Şurası nüvə sazişi ilə bağlı ratifikasiyanı təsdiqlədi

İranın Nəzarət Şurası nüvə sazişi ilə bağlı ratifikasiyanı təsdiqlədi


İranın Nəzarət Şurası ölkə parlamentinin ratifikasiya etdiyi "Fəaliyyətlərin birgə kompleks planın (JCPOA-nın) reallaşdırılması üzrə İran hökumətinin fəaliyyətləri" haqqında qanun layihəsini təqdiqləyib.

Bu barədə İranın "İSNA" agentliyi ölkənin Nəzarət Şurasının sözçüsü Nicatullah İbrahimiana istinadən məlumat verib.

N.İbrahimian deyib ki, “JCPOA-nın reallaşdırılması üzrə İran hökumətinin fəaliyyətləri" qanun layihəsi şuranın bütün üzvlərinin müsbət rəyi əsasında təsdiqlənib.

Qeyd edək ki, İran parlamentində "JCPOA-nın reallaşdırılması üzrə İran hökumətinin fəaliyyətləri" haqqında qanun layihəsi oktyabrın 13-də ratifikasiya edilib.

Qanun layihəsinin səsverməsi zamanı 161 deputat lehinə, 59-u əleyhinə səs verib, 13 deputat isə bitərəf qalıb.

Qanun layihəsi İran hökumətinə JCPOA-nın reallaşdırılması üzrə Konstitusiyaya uyğun bəzi tədbirlər görməyə imkan verəcək.

Qeyd edək ki, İran parlamentində qəbul edilən bütün qanunlar icradan öncə Nəzarət Şurası tərəfindən təsdiqlənir və qüvvəyə minir. Nəzarət Şurasının 12 üzvü var. Üzvlərin yarısı - 6 nəfər ölkənin ali lideri Ayətullah Xameneyi tərəfindən təyin olunurlar, 6-sı isə hüquqşünas olaraq parlamentarilərin səsverməsi əsasında seçilirlər. Şura üzvləri hər 6 ildən bir seçilirlər.

Geri dön