Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə yerli məsullar türk dili kurslarına qatılanlara maneçilik yaradır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə yerli məsullar türk dili kurslarına qatılanlara maneçilik yaradır

Təbrizdə yerli məsullar türk dili kurslarına qatılanlara maneçilik yaradır


Xəbər verdiyimiz kimi, Təbrizdə Ustad Şəhriyar Dərnəyi tərəfindən türk dili kursları açılıb. Təşkil edilən kurslar əhali tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bu arada Təbrizin yerli məsulları türk dili kurslarının fəaliyyətinə maneçilik yaratmağa başlayıb. Məlumata görə, onlar sözügedən kurslara qatılan soydaşlarımızdan pul və vəsiqə tələb edir.
Açılan kursların təşkilatçılarından biri məsulların kurslara müdaxiləsi barədə danışıb. O bəyan edib ki, “məsullar kurslara qatılmaq istəyən şəxslərdən 600000 rial pul və milli kart tələbi irəli sürür. Halbu ki, təşkilatçı dərnək nəinki türk dili kursları hətta digər kurslar üçün də heç bir məbləğ tələb etmir.”
Məlumata əsasən, gələn həftədən türk dili kursları iki qrupda və həftənin iki fərqli günündə təşkil olunacaq.
Xatırladaq ki, “Ustad Şəhriyar Dərnəyi tərəfindən təşkil olunan türk dili kursu əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə ki, dil kursu üçün təşkil olunan salona onun tutumundan daha artıq əhali qatılıb və bir çox iştirakçı dərsi ayaq üstdə dinləməli olub.”
Sözügedən kursları güneyli sosial şəbəkə istifadəçiləri də sevinclə qarşılayıb.

Geri dön