Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan > Zakir Həsənov: "Torpaqlarımızın işğalı davam edənədək düşmənə vurulan sarsıdıcı zərbələr davamlı olacaq"
Zakir Həsənov: "Torpaqlarımızın işğalı davam edənədək düşmənə vurulan sarsıdıcı zərbələr davamlı olacaq" |
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət üzrə rəhbər zabit heyətinin nümayəndələri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən danışıb. Torpaqlarımızın işğaldan azad edilməsinin ordunun ən əsas vəzifəsi olduğunu vurğulayan nazirin sözlərinə görə, ordumuz qarşıya qoyulan bu müqəddəs borcunu yerinə yetirməyə tam hazırdır və qadirdir. “Müasir dövrdə ölkənin hərbi potensialının artırılması üçün atılan addımlar göz qabağındadır”, - deyən general-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin edilib. Nazir qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri üçün müasir silahlar, hərbi texnikalar alınır, yeni hərbi şəhərciklər tikilərək şəxsi heyətin istifadəsinə verilir: "İlin sonunadək müxtəlif bölgələrdə də hərbi hissələr tikiləcək. Məqsəd əsgər və zabitlərin müasir şəraitdə xidmətini təmin etməkdir. Bütün bunlar deməyə əsas verir ki, ordu quruculuğunun inkişaf etdirilməsi prioritet məsələlərdən biridir. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı cənab Prezidentimiz bir daha vurğulayıb ki, ordu quruculuğu daim diqqət mərkəzindədir və növbəti ildə də ordunun inkişafı üçün lazım olan bütün tədbirlər görüləcək. Dövlətin orduya göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq hər bir zabit üzərinə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməlidir. Bilavasitə şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan zabit olaraq bu sahədə sizin üzərinizə də böyük məsuliyyət düşür. Orduda şəxsi heyətlə bağlı bütün məsələlərə müdaxilə edərək fikrinizi, mövqeyinizi bildirməlisiniz. Heç kimə sirr deyil ki, ordu xalqın, cəmiyyətin ayrılmaz hissəsidir. Xalq orduda baş verən bütün hadisələri dəqiqliklə izləyir, aparılan islahatlara və görülən işlərə qiymət verir. Unutmayın ki, qısa vaxt ərzində orduda həyata keçirilmiş yenilikləri xalq görür və bizə inanır. Biz isə bu inamı layiqincə doğrultmalıyıq". İşğal altında olan Azərbaycan ərazilərinin qısa bir zamanda ordunun gücü ilə azad ediləcəyinə əminliyini ifadə edən general-polkovnik Z.Həsənov əlavə edib: “Torpaqlarımızın işğalı davam edənədək düşmən təxribatlarının qarşısı qətiyyətlə alınacaq və ona vurulan sarsıdıcı zərbələr davamlı olacaq. Silahlı Qüvvələrdə həyata keçirilən tərbiyəvi iş də bu istiqamətə yönəldilməlidir. Şəxsi heyətlə iş üzrə bölmələrin zabitləri hərbi kollektivdə tərbiyə işinə nail olmaq üçün ilk növbədə özləri nümunə olmalıdırlar. Bu sahəyə cavabdeh olan şəxs hərbi biliyi, nizam-intizamı və davranışı ilə şəxsi nümunə olmağı bacarmalıdır. Gördüyü işlə şəxsi heyəti ordunun qarşısında dayanan ən mühüm vəzifənin uğurla yerinə yetirilməsinə səfərbər etməlidir. İstənilən hadisənin vaxtında, qabaqcadan qarşısını almağa hazır olun. Vaxtında profilaktik tədbirlər görün, xalqın gücündən, inamından istifadə edin, vətənpərvərlik tədbirləri keçirin”. "Ordu ilə cəmiyyət arasında əlaqələrin qurulmasına ciddi fikir verilməlidir və bu sahədə də hamıdan əvvəl şəxsi heyət üzrə cavabdeh zabitlərin üzərinə yük düşür", - deyən müdafiə naziri tövsiyə edib ki, dövlətin orduya münasibəti, orduda aparılan islahatlara Ali Baş Komandan tərəfindən verilən güclü dəstək şəxsi heyət arasında yetərincə təbliğ olunmalıdır: "Hər bir əsgər nümunəvi, intizamlı olmaqla Vətən qarşısında borcunun məsuliyyətini dərindən dərk etməlidir. Bu gün xalqımız Silahlı Qüvvələrə güvənir, onun keşiyində ayıq-sayıq dayanan əsgər düşmənə qarşı döyüşə hazırdır və bu döyüşlərdə öz sözünü qətiyyətlə deyəcək". Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələrin layiqincə icra edilməsi üçün hər bir zabitin öz vəzifə borcuna bundan sonra da məsuliyyətli olacağına inandığını qeyd edən müdafiə naziri bildirib ki, şəxsi heyət xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir. Geri dön |