Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın həbsdə olan müxalifətçi 333 min dollar girov qoyaraq azadlığa çıxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın həbsdə olan müxalifətçi 333 min dollar girov qoyaraq azadlığa çıxıb

İranın həbsdə olan müxalifətçi 333 min dollar girov qoyaraq azadlığa çıxıb


İranın müxalif "Etimade- Milli" partiyasının sözçüsü İsmail Gerami Müqəddəm oktyabrın 20-də Tehran şəhərində yerləşən Evin həbsxanasından azadlığa buraxılıb. Bu barədə partiyanın xəbər saytı "Sahamnews" məlumat verib.

Məlumata görə, İ.G.Müqəddəm 333 min dollar girov qoyaraq azadlığa çıxıb.

Qeyd edək ki, İ.G.Müqəddəm İran hökumətinə qarşı təbliğat aparmaq ittihamı ilə cari ilin iyul ayında bir il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra “Etimad Milli” partiyasının ofisi möhürləndikdən sonra İ.G.Müqəddəm Hindistan və Malayziyaya təhsil üçün getmişdi. O, cari ilin iyul ayında ölkəyə geri dönərkən İmam Xomeyni adına hava limanında həbs olunmuşdu.

Məlumatda qeyd olunur ki, İ.G.Müqəddəmin gözləri görmə qabiliyyətini itirdiyi üçün Evin həbsxanasının həkimi onun gözlərinin xəstəxana şəraitində müalicə oluna biləcəyini bildirib.

2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən İran müxalifətinin liderlərindən olan, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi və Mir Hüseyn Musəvi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlanıldığı gündən "Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub.

Geri dön