Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Culfada qadınların üzünü kimyəvi turşu atılıb, hadisə nəticəsində 4 nəfər xəsarət alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Culfada qadınların üzünü kimyəvi turşu atılıb, hadisə nəticəsində 4 nəfər xəsarət alıb

Culfada qadınların üzünü kimyəvi turşu atılıb, hadisə nəticəsində 4 nəfər xəsarət alıb


İranda sözdə hicabsız qadınların üzünə kimyəvi turşu (əsid) səpmə hallarının nisbətən səngidiyi bir vaxtda, Culfa şəhərində 4 nəfər üzərinə səpilən kimyəvi turşudan bədən xəsarəti alıb.
Culfanın Şuca kəndində baş verən hadisənin törədilməsində ittiham olunan şəxs özü ilə birlikdə 3 nəfərə xəsarət yetirib.

Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş müdiri xəbəri təsdiqləyərək hadisə qurbanlarının vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, bu hadisədə 4 nəfər xəsarət alıb, onlardan 3-ü qadın, biri isə kişidir.

Bəhram Səmədirad bildirib ki, “bu qadınlardan biri hadisəni törətməkdə ittiham olunur və onun özü də cüzi bədən xəsarəti alıb. Hadisədə ağır xəsarət alan iki qadın isə Təbrizə intiqal edilib və hazırda xəstəxanada müalicə olunur.”

Hadisənin təfərrüatı ilə bağlı hələlik geniş məlumat yayılmayıb.

Xatırladaq ki, Bundan əvvəl İranda qadınlara qarşı kimyəvi turşu hücumları dəfələrlə qeydə alınıb. Hücumların əksəriyyəti hicabsız xanımlara qarşı və naməlum şəxslər tərəfindən həyata keçirilib. Bəzi məlumatlara görə, belə hücumlar adətən radikal Bəsic qüvvələri (hökumət tərəfdarları yarım silahlı dəstələr), bəzi hallarda isə qadınların kişi qohumları və ya rədd etdikləri kişilər tərəfindən törədilir.

Geri dön