Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölünün quruması ətraf kəndlərdə suların şorlaşmasına səbəb olur
Urmu gölünün quruması ətraf kəndlərdə suların şorlaşmasına səbəb olur |
Gün keçdikcə Urmu gölü böhranından dolayı yaranan bir çox yeni problem mətbuatın gündəminə çevrilir.
Qərbi Azərbaycanın Kəndlər üzrə Su və Kanalizasiya İdarəsinin baş müdiri Urmu gölü ətrafında yerləşən kəndlərin su vəziyyətindən danışıb. Kazim Məhəmmədi Əqdəm jurnalistlərlə söhbətində bildirib ki, Urmu gölünün hazırkı vəziyyəti, yağıntıların azlığı və yeraltı sularının azalması bölgədə xüsusi çətinlik yaradıb. Onun xüsusi ilə vurğulayıb ki, “bu vəziyyət Qərbi Azərbaycan vilayətində Salmasdan tutmuş Qoşaçaya qədər 240 kəndi su hasilatının şorlaşması problemi ilə üz-üzə qoyub.” Kəndlər üzrə Su və Kanalizasiya İdarəsinin baş müdiri sözügedən problemin lazımi vəsaitin ayrılması və doğru proqramların icra edilməsi ilə aradan qaldırılacağına ümid etdiyini bildirib. Geri dön |