Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kərrubinin müşaviri azadlığa buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kərrubinin müşaviri azadlığa buraxılıb

Kərrubinin müşaviri azadlığa buraxılıb


İrandakı “yaşıl hərəkat”ın 5 ilə yaxındır ev dustaqlığında saxlanan liderlərindən biri olan Mehdi Kərrubinin müşaviri İsmayıl Girami Müqəddəm oktyabrın 20-si axşam saatlarında müvəqqəti azadlığa buraxılıb.
Həbsdə saxlandığı müddətdə görmə qabiliyyıətini az qala itirmək ərəfəsində olan və bir neçə xəstəlikdən əziyyət çəkən İsmayıl Girami Müqəddəmin müvəqqəti azadlığa buraxılması ailəsinin qoyduğu 1 milyard tümənlik (təxminən 300 min dollar) mülk girovu qarşılığında mümkün olub.
Qeyd edək ki, 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra xaricə gedən İsmayıl Girami Müqəddəm bir neçə il mühacirətdə qalandan sonra bu ilin iyul ayında (tirin 26-da) ölkəyə qayıdan kimi tutulub və az sonra sistemə qarşı təbliğat aparmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 6 illik həbsə məhkum edilib.
İsmayıl Girami Müqəddəm bundan əvvəl Mehdi Kərrubinin müşaviri olmaqla bərabər həm də ona mənsub Milli Etimad Partiyasının sözçüsü olub. Partiyanın fəaliyyətinə isə 2009-cu ildə ölkədə baş verən etirazlardan sonra qadağa qoyulub.

Geri dön