Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Parlamentdə irəli sürsüyü iqtisadi, büdcə və islahatlarla bağlı təkliflər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin Parlamentdə irəli sürsüyü iqtisadi, büdcə və islahatlarla bağlı təkliflər

Fərəc Quliyevin Parlamentdə irəli sürsüyü iqtisadi, büdcə və islahatlarla bağlı təkliflər


1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin iqtisadi, büdcə və islahatlarla bağlı səsləndirdiyi təkliflərdən 21-ni seçib təqdim edirik:



İqtisadiyyatla bağlı təkliflər:

Vergilərin istehlak səbətinə uyğunlaşdırılması təklifi
- İstehlak səbəti ilə bağlı vergilərdə uygunlaşma aparılmalıdır
(Hələlik həyata keçirilməyib)

***

Üçüncü dəfə ehtiyac meyarının istehlak səbətinə uyğunlaş-dırılması təklifi
(Ombusmanın illik hesabatına münasibətdəki çıxışdan)
- Mən, Azərbaycandakı istehlak səbətinin qiyməti ilə bugünkü maaşların, təqaüdlərin, ehtiyac meyarının səviyyəsinin eyni olmadığı qənaətindəyəm və mən arzulayıram ki, Elmira xanım təşəbbüs qaldırsın, həm əmək haqlarının, həm pensiyaların, həm ehtiyac meyarının, istehlak səbətinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı olaraq təkliflə çıxış eləsin.
(Hələlik həyata keçirilməyib)

***

Yoxsulluğun aradan qaldırılması siyasətinin yürüdülməsiylə bağlı ikinci dəfə təklif
- Əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün , yoxsulluqla mübarizə siyasəti həyata keçirilməsi əməldə nəzərdə tutulursa, ehtiyac meyarı, yaşayış minimumuna yanaşma dəyişməlidir. Ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti əvəzinə, nisbi yoxsulluq siyasəti yürüdülməsi vacibdir
(Hələlik həyata keçirilməyib)

***

Neft pullarının ökəyə gətirilməsi, kredit faizlərinin aşağı salınması və dünyaya səpələnmiş gənclərimizin ölkəyə cəlb olunub, onların potensialından istifadə edilməsiylə bağlı konseptual təklif
- Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsini Azərbaycana gətirmək lazımdır. Bu vəsaitdən gənclərə 2-3 faizlə kredit verməklə onların yerlərdə iş qurmasını və müvafiq olaraq torpaq sahələri verməklə mənzil təminatını qaydaya salmaq olar. Rusiyadakı vəziyyətdən dolayı orada çalışanların gəliri 20 dəfədən çox azalıb. Ölkəyə qayıtmalı olan belə gənclər üçün də bu kredit siyasəti münasib olar.
(Qismən həyata keçirilib)

***

Bakıdan Sumqayıta və hava limanına alternativ nəqilyatla bağlı təklif
- Bakı şəhərinin yollarının təmiri, yeni yol qovşaqlarının tikilməsi təqdirəlayiq haldır. Amma, görülən tədbirlərlə tıxac problemi aradan qalxmayıb. Hesab edirəm ki, bu problemin aradan qalxmasına yardım kimi Bakı-Sumqayıt metro xəttinin çəkilməsi və ya sürət qatarının işə salınması, Aeroport metrostansiyasının tikilməsi vacibdir.
(Qismən həyata keçmişdir. Artıq Bakı-Sumqayıt sürət qatarı işə düşüb)

***

Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması təklifi
- Son beş ildə dövlət büdcəsindən “Bakıelektrikşəbəkə”yə 335 milyon manat investisiya yatırılıb. Bundan başqa “davamlı inkişaf” üçün də vəsait ayrılır (investisiyalarla birlikdə 680 milyon dollar). Vəsait ASC-nin yenidən qurulması üçün ayrılsa da, müəssisə yenə də köhnə vəziyyətindədir. 
Məncə, bu vəsait alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasına ayrılsa idi daha səmərəli olardı.
(Hökumətin inkişaf proqramına daxil edilib)

***

Kommersiya banklarının xarici maliyyə asılılığının azaldılması və onların inkişafıyla bağlı konseptual təklif
- Dövlət Neft fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Amma ölkənin kommersiya bankları xarici maliyə qurumlarından kifayət qədər böyük faizlə borc alırlar. Kommersiya bankları maliyyə ehtiyatlarını Mərkəzi Bankdan kənar mənbələr hesabına formalaşdırır. Bank sektorunun ən ciddi problemlərindən biri maliyyə dayanaqlığının və likvidliyinin aşağı olması ilə bağlıdır. Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməməsi və kommersiya banklarının saxlanması ilə bağlı tədbirlərin görülməməsi öz mənfi təsirini göstərir. Hesab edirəm ki,bu yanaşma dəyişilməlidir.
(Hələlik həyata keçirilməyib)

***

Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin səmərəli istifadəsiylə bağlı təklif
- Əgər biz dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləş-dirən iqtisadi xəttin həyata keçirilməsini istəyiriksə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirməli, həmin vəsaitdən səmərəli istifadəyə nəzarət gücləndirilməlidir.
(Qismən həyata keçirilib)

***

Neft pullarının ölkəyə gətirilməsiylə bağlı üçüncü dəfə verilən təklif
- Dövlət Neft fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə deyil, Azərbaycanda idarə olunsun.
(Hələlik həyata keçirilməyib)

***

Banklarda daxili ehtiyatlanma siyasətinin formalaşması təklifi
- Bankların dayanıqlığının, likvidliyinin aşağı olması məlumdur. Banklarda daxili ehtiyatlanma siyasətinin formalaşması gecikməməlidir. Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməsi də bir neçə səbəbdən çox vacibdir.
(Hələlik həyata keçirilməyib)

***

Neftin ucuzlaşmasıyla bağlı qabaqlayıcı tədbirlərin görülməsi təklifi
- Neftin qiymət dəyişməsi Azərbaycan iqtisadiyyatına nələr vəd edir? Bunu hökumət həm bu ilki büdcə siyasətində həm də yaxın və uzaq planlamalarda nəzərə almalıdır. Ən azı ÜDM-nin böyüməsi və iqtisadi artımların davamlı və proporsional formada bütün sektorlardakı inkişaf hesabına əldə olunması istiqamətində ciddi reseptlər tapılmalıdır.
(Hələlik həyata keçirilməyib, amma son zamanlar bu istiqamətdə dövlət rəsmiləri tərəfindən bəyanatlar səslənməyə başlayıb)

***

Dövlətin idxal-ixrac siyasəti ilə bağlı təkliflər
- Ölkə iqtisadiyyatının diversifikasiyası hesabatdan da görünür ki , qaneedici həddə deyil. Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərli sayıla bilməz. 2014-cü ildə ölkə üzrə ticarət əməliyyatlarının həcmi 31,0 mlyard ABŞ dolları, o cümlədən idxal əməliyyatları üzrə 9,2 milyard ABŞ dolları, ixrac əməliyyatları üzrə isə 21,8 mlrd ABŞ dolları təşkil etmişdir. Nəticədə 12,6 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır. Amma bu müsbət saldo nəyin hesabına yarannmışdır? Təbii ki neftin. Hədəf isə bu 21,8 mlrd ABŞ dolları miqdarında ixrac məhsullarını ölkəmizdə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsulları hesabına etmək olmalıdır. Amma bu istiqamətdə göstərilmiş fəaliyyət qənaətbəxş sayıla bilməz. İdxal olunan 9,2 milyardlıq məhsulların isə əksəriyyəti ölkəmizdə istehsal olunan və ya oluna bilən məhsullardır. Ən qəbulolunmazı isə odur ki, idxal məhsullarının bir çoxuna gömrükdə müvafiq avtonom tariflər tətbiq olunmadığından yerli istehsal məhsulları xaricdən gətirilən eyni adlı məhsullarla rəqabətə tablaşmır, süni şəkildə sıxışdırılır və bu məhsulların istehsalına maraq azalır. Bu isə ərzaq təhlükəsizliyi baxımından və tələbatın yerli istehsal hesabına ödənməsi baxımından neqativ haldır. Həm də iş yerlərinin azalmasına aparan haldır.
(Qismən həyata keçirilib və dövlət proqramında bu yanaşmanın prioritet xətt götürülməsi hakimiyyət rəsmiləri tərəfindən son vaxtlar bəyan olundu)

***

Büdcə siyasəti ilə bağlı təkliflər:

Rus rubluna münasibətdə dövlətin siyasətinə dəyişiklik edilməsi təklifi
- Dövlət Neft Fondunun İnvestisiya portfeli 1 oktyabr 2014-cü il üçün $37 mlrd 265,7 mln təşkil edib. Bunun 0,01%-i və ya $39,6 mln Azərbaycan manatı, qalanı xarici valyuta ilədir. Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Bu il rus valyutası dollara nisbətdə əhəmiyyətli dərəcədə dəyər itirib və əgər rublun kursu bundan sonra da aşağı düşməkdə davam edərsə, buna heç kim təəccüblənməz. Eyni zamanda Neft Fondu Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlərinin nominal dəyəri xeyli ucuzlaşıb. Həm VTB bankının səhmlərinin ucuzlaşması, həm də rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əhəmiyyətli dərəcədə “əriməsinə” gətirib çıxaracaq. Ona görə Neft Fondu rus rubluna münasibətdə siyasətinə redaktə etməlidr.
(Hələlik həyata keçirilməyib)

***

Müharibə büdcəsinin yaradılması və neft gəlirlərini nəzərə almayan büdcənin formalaşması təklifi
- Dövlətin siyasətinin reallaşması büdcə siyasətində əksini tapmalıdır. İşğal altında olan ərazilərimizin azad olunması istiqamətində büdcə siyasətini formalaşdırmaq hökumətin fəaliyyət prioriteti olmalıdır. Azərbaycanı neft gəlirlərindən asılı olmayan ölkəyə çevirmək, neftdən gələn gəlirləri əlavə qazanc kimi nəzərdə tutmaqla, sanki neft yoxmuş kimi digər resurslar, imkanlar səfərbər olunmaqla büdcənin formalaşdırılması yolu düşünülməlidir. Neft gəlirləri yalnız qarşıdakı dövrdə ya işğal olunmuş torpaqlarımızın azad olunması üçün savaşa, ya da dinc yolla torpaqlarımızın azad olunmasına nail olunarsa, dağıdılmış ərazilərimizin bərpası üçün saxlanılmalıdır.
(Neft gəlirlərini nəzərə almayan büdcənin formalaşması təklifi hökumətin proqramına daxil edilib)

***

Dövlətin valyuta siyasəti ilə bağlı təklif
- Büdcənin gəlirlər hissəsinin yarıdan çoxunun Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin olunması, Neft Fondunun investisiya siyasətində dəyişiklik edilməməsi və əhəmiyyətli dərəcədə dəyər itirən rus rublunu valyuta ehtiyatında saxlanması məsələsini əvvəlki büdcə müzakirələrində tənqid etsəm də yenə təkrarlamaq məcburiyyətindəyəm. Əlbəttə bütün tənqidlərimiz çatışmazlıqların aradan qaldırılması arzusundan doğur. İnanıram ki, Vətənimizin daha da qüdrətlənməsi üçün hökumət çatışmazlıqları aradan qaldıracaq, bütün imkanları səfərbər edəcəkdir.

***

İslahatlarla bağlı təkliflər:

Kommunal sektorun özəl idarəetməyə verməsi təklifi
(2 dəfə təklif edilib)
- Kommunal sektorun (istilik təchizatı, elektrik enerjisi və qaz sektoru) idarəetməyə verilməsi bu il də reallaşmadı. Dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.
(Artıq hakimiyyət tərəfindən jeklərin ləğv olunması
bu təklifin reallaşmasına qədər davam edə bilər)

***

Sürücülərə ucuz qiymətə benzin almaq üçün limitli kartların verilməsi təklifi
- Benzinin qiymət artımında əhaliyə təsirini azaltmaq istəyiriksə, limit sistemi tətbiq etmək olar. Bütün avtomobil sahiblərinə ayda 150-200 litr üçün kart vermək mümkündür. Verilən bu limit qiymət artımından əvvəlki qiymətlərlə ödənər. Limitdən sonrakı sərfiyyat üçün ödəmə yeni qiymətlərlə olar. Bu yanaşmada dövlət də heç nə itirməz, əksinə, əhalinin yükünü qismən azaldar, narazılıq xeyli azalar, avtomobil sahibləri qənaət çərçivəsini bilərlər.
(Hələlik həyata keçirilməyib)

***

Kommunal idarəetmənin özəlləşdirilməsiylə bağlı ikinci təklif
- Kommunal sektorun idarəetməyə verilməsi ən vacib məsələlərdən biri olmalıdır. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl
(Hələlik həyata keçirilməyib)

***

Benzinin qiymətinin endirilməsiylə bağlı təklif
- Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti tənzimlənməlidir. Aİ-98 markalı benzinin satış qiyməti sərbəstdir- 1 litrinin qiyməti 1 manat 50 qəpik, yəni 1,4 avrodur. Moldoviyada bu yanacaq növünün hər litrini 1, Gürcüstanda 0,95, Rusiyada isə 0,78 avroya satırlar. Azərbaycan hökuməti bu benzinin qiymətini tənzimləmir.
(Pentium markası adı ilə 95 qəpiyə salınıb)

***

Qeyri-neft sektorunun inkişafı istiqamətində verilən təkliflər
- Ölkə iqtisadiyyatının diversifikasiyası qaneedici həddə deyil. Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri zəifləyib. Vergi daxil olmalarında qeyri-neft sektorunun payı isə cəmi 34 faizdir.
Bu onun nəticəsidir ki, daxildə istehsal lazım olan səviyyədə stimullaşdırılmır, beləliklə, xarici bazara çıxarılan mallarda azalma müşahidə olunması gələn il də davam edəcəyi qaçılmazdır. Etiraf olunmalıdır ki, keçən dövrdə İxrac-idxal əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsulları hesabına əldə etmək üçün hökumət yerli və yeni məhsullarla ixracat hücumu təşkil edə bilmədi. Aqrar sektora üstünlük verməklə daha çox rayon və şəhərlərin mərkəzi xərclərdən azad olunması siyasəti yetərincə aparılmayıb və qaneedici sayıla bilməz. Amma əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilərdi.
Amma bu yanaşma qarşıdakı ildə mütləq reallaşdırılmalıdır.
(Qismən həyata keçirilib)

***

Təsərrüfatlar arasında koordinasiya ilə bağlı təklif
- 2014-cü il Dövlət büdcəsindən Avtomobil Yolları Məqsədli büdcə fonduna 214 mln manat , yolların əsaslı təmirinə 53,2 mln manat vəsait ayrılmış və tam xərclənmişdir. Yolların əsaslı təmiri zəruridir, amma istismar müddəti nə qədər olacaq, bu sualdır. Çünki, gözəl bir yol çəkilir, üstündən qısa bir müddət keçməmiş dağıdılır. Təsərrüfatlar arasında koordinasiya bərbad vəziyyətdədir və bu ciddi israfçılığa səbəb olur.
(Qismən həyata keçirilib)

Geri dön