Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziya Azərbaycanla insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > İndoneziya Azərbaycanla insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

İndoneziya Azərbaycanla insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır


Xarici işlər nazirinin müavini Xələf Xələfov oktyabrın 21-də İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən məlumata görə, N.Xolisin ölkəmizə səfərindən məmnunluğunu ifadə edən X.Xələfov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək Azərbaycanın İndoneziya ilə əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu və iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq üçün əlverişli imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında danışan X.Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını qeyd edib. XİN rəsmisi BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirib. X.Xələfov eyni zamanda, Ermənistan tərəfindən BMT TŞ-nin münaqişə ilə bağlı dörd qətnaməsinin 20 ildən artıqdır yerinə yetirilməməsinə qarşı heç bir effektiv tədbirin görülmədiyini vurğulayıb.

Ermənistan tərəfindən törədilən vəhşiliklər, xüsusilə Xocalı soyqırımını qeyd edən nazir müavini Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, Azərbaycanın hüquqlarının bərpa edilməsi üçün hökumətimiz tərəfindən beynəlxalq səviyyədə göstərilən səylərdən danışıb. O, bu xüsusda Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkə parlamentlərində qəbul edilmiş qətnamələri, həmçinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qətnaməni diqqətə çatdırıb.

N.Xolis ölkəsinin Azərbaycanla insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O, ölkəmizdə səfərinin əsas məqsədinin Xocalı soyqırımının araşdırılması, bununla bağlı təsdiqləyici faktların toplanaraq dünyaya tanıdılmasından ibarət olduğunu bildirib.

Görüş əsnasında regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Geri dön