Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü korrupsiyayla mübarizə, insan haqqları və məhbuslarla bağlı təkliflər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü korrupsiyayla mübarizə, insan haqqları və məhbuslarla bağlı təkliflər

Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü korrupsiyayla mübarizə, insan haqqları və məhbuslarla bağlı təkliflər


1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin korrupsiyayla mübarizə, insan haqqları və məhbuslarla bağlı səsləndirdiyi təkliflərdən 10-nu seçib təqdim edirik:



Korrupsiyayayla mübarizə ilə bağlı verilmiş təkliflər:

Mənzil fırıldaqçılığının qarşısının alınması məqsədiylə araşdırıcı komissiyanın yaradılması təklifi
- Mənzil tikintisi ilə məşğul olan bəzi şirkətlər payçıları aldadaraq bəzən bir mənzili bir neçə nəfərə satırlar. Suraxanı rayonundan bir qrup aldadılmış payçının şikayətini səsləndirib təklif edirəm ki, müvafiq hüquq –mühafizə orqanları və millət vəkillərindən ibarət bir daimi komissiya yaradılaraq bu məsələlərə kompleks baxılsın.
(Hələlik həyata keçirilməyib amma müvafiq
iş məhkəmə baxışına götürülüb)

***

Özəlləşdirmə prosesində baş verən korrupsiyanın aradan qaldırılmasıyla bağlı konseptual təklif
- Özəlləşdirmənin hazırkı normativ qiymətləri ilə real bazar qiyməti arasında çox ciddi fərq vardır. Onsuzda özəlləşdirmə prosesində Əmlak Məsələləri Dövlət Komitəsində sahibkarlardan alınan pullar real bazar qiyməti ilə hesablanır. Amma, büdcəyə həmin vəsaitlərin 10-20 faizi ödənilir. Beləliklə milyonlarla vəsait büdcədən yayınır. Həm özəlləşdirmə, həm də daşınmaz əmlakın reyesterinin aparılması sahəsində olan korrupsiyanın qarşısı alınmalı, özəlləşdirmənin normativ qiymətlərinə yenidən baxılmalı və həmin sahədən daxil olan vəsaitin dövlət büdcəsinə yönəldilməsi tam təmin edilməlidir.
(Hələlik həyata keçirilməyib, bəzi məsələlər Asan xidmətə verilərək islahat xarakterli tədbirlər görüldü)

***

Qara iqtisadiyyatın aradan qaldırılmasıyla bağlı təklif
- Gizli biznesin aktivliyini aradan qaldırmadan sosial bərabərliyə nail olmaq olmaz. Əldə edilmiş qanunsuz gəlirlər müxtəlif sferalarda istifadə edilir. Tədarükçülərin və istehlakçıların istehsal parametrlərinə, bazar və sosial həyata psevdo- dövlət və psevdo-şəxsi korporasiyaların təsir imkanlarını minimuma endirmək lazımdır.
(Hələlik tam həyata keçirilməyib amma bəzi fırıldaqçı iş adamları və bank talançılarına qarşı cinayət işi qaldırıldı)

***

Büdcədən maliyyələşən təşkilatların maliyyə fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi təklifi
- Əsas məsələ pulun necə xərclənməsində və ona nəzarət mexanizminin necə işləməsindədir. Əgər biz dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsini istəyiriksə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirməli, həmin vəsaitdən səmərəli istifadəyə nəzarət gücləndirilməlidir. Büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, dövlət müəssisələrinə nağd şəkildə ödəmələr minimuma endirilməlidir.
(Qismən həyata keçirilib)

***

Büdcədən nağd ödəmələrin minimuma endirilməsi təklifi
- Büdcədən maliyyələşən və maliyə yardımı alan təşkilatlara, dövlət müəssisələrinə nağd şəkildə ödəmələr minimuma endirilməlidir.
(Qismən həyata keçirilib)

***

Qara iqtisadiyyata qarşı çağırış təklifi
- Dövlətin maliyyə nəzarətindən sürüşüb çıxan, buna baxmayaraq bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznesin aktivliyini aradan qaldırmaq lazımdır.
(Hələlik həyata keçirilməyib)

***

Kölgə iqtisadiyyatına qarşı təxirəsalınmaz tədbirlərin görülməsi təklifi
- Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün, bir çox amillərlə yanaşı Dövlət-Bazar-Mülki cəmiyyət münasibətlərində kölgə iqtisadiyyatına yer olmamalıdır. Kölgə iqtisadiyyatına yönəli siyasət hazırlanmayınca, bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznes aktivliyini saxlayacaq, vergidən yayınanları vergiyə cəlb etmək mümkün olmadıqca isə dövlət büdcəsi ağır itkilərə məruz qalacaqdır. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir
(Qismən qəbul edilib)

***

İnsan haqqları ilə bağlı verilmiş təkliflər:

Məhkəmə və hüquq-mühafizə orqanlarının özbaşınalığı və ya hərəkətsizliyi nəticəsində hüququ pozulanlara dövlət təzminatının ödənməsi və bu pozuntuya yol verənin cəzalandırılmasıyla bağlı konseptual təklif
- Məhkəmə orqanlarının özbaşınalığı və ya müvafiq orqanların hərəkətsizliyi nəticəsində hüququ pozulmuş şəxslərin bəraət və təzminat çərçivəsi və səhv hərəkətlilik yaxud hərəkətsizlik nəticəsində hüquq pozuntusu yaradanın cəzalandırılması çərçivəsi hazırlanmalıdır. Gecikmiş ədalət ədalətsizlikdir. Məhkəmələr tərəfindən günahsız adamların cəzalandırılması aydınlaşdırılarkən, bu hakimlər cəzalandırılmalı və cəza almış adamların dövlət tərəfindən təzminat təminatını nəzərdə tutan təklif paketi hazırlanmalıdır.
(Hələlik həyata keçirilməyib)

***

Hüquqi maarifləndirmə ilə bağlı konseptual təklif
- İnsan Hüquq və azadlıqları ilə bağlı maarifləndirmə işi televizyalarda şoularla müqayisədə cüzi yerə malikdir. Həm televiziyalarda maarifləndirməyə önəm verilməli, digər Kütləvi İnformasiya Vasitələrində də daimi reklam səhifəsi almaqla həm bu sahəni təşviq etmək, həm də KİV-ə dəstək vermək olar.
(Bəzi TV və KİV-lərdə nəzərə alınıb)

***

Məhbuslarla bağlı verilmiş təklif:

Məhbusların düzgün islah edilməsiylə bağlı təklif
- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyi institutu tərəfindən mövcud hüquq-müdafiə vasitələrini tamamlayan orqan kimi cəza çəkmə müəssisələrində insanları cəzalandırmaqdan daha çox tərbiyə etmək və millətin faydalı üzvünə çevirmək mexanizmini özündə ehtiva edən məhbəs daxili və həbsdən sonrakı reabiltasiya proqramının hazırlanması vacibdir.
(Bu istiqamətdə müəyyən işlər görülməyə başlanıb)

Geri dön